Xalq artisti Mənsum İbrahimov Vətən müharibəsində şəhid olan qardaşı oğlu İsrafil İbrahimovu doğum günü münasibətilə yad edib.
Gündəm24.az xəbər verir ki, xanəndə şəhidin fotosunu sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb:
“Bu gün qardaşım oğlu, igid şəhidimiz İsrafil İbrahimovun mövlud günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, İsrafil İbrahimov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. O, Ağdamda dəfn edilib. //Axşam.az


















