Ötən gecə Bodrumda vəziyyəti pisləşən məşhur türkiyəli teleaparıcı Reha Muxtar xəstəxanaya yerləşdirilib.
Gündəm24.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə onun keçmiş həyat yoldaşı, tanınmış aktrisa Dəniz Uğur sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, teleaparıcıya ürək çatışmazlığı diaqnozu qoyulub.















