NATO-nun keçmiş baş katibi vurğuladı ki, bu, digər məsələlərlə yanaşı, silahlara nəzarət məsələsinin müzakirəsi üçün də zəruridir.
Gundem24.az xəbər verir ki, NATO-nun keçmiş baş katibi (2014–2024-cü illər) Yens Stoltenberq Qərb ölkələrini “Rusiya ilə qonşu kimi danışmağa” çağırıb. O, Der Spiegel jurnalına verdiyi müsahibədə bildirib ki, Ukraynadakı döyüşlərin dayandırılması üçün ABŞ və digər ölkələr kimi Rusiya ilə müzakirələr aparmaq vacibdir. Stoltenberq həmçinin qeyd edib ki, silahlara nəzarət məsələlərini müzakirə etmək üçün Rusiya ilə dialoqa qayıtmaq önəmlidir, çünki Soyuq Müharibə dövründə nüvə silahlarını məhdudlaşdırmaq mümkün olsa da, indiki arxitektura artıq mövcud deyil.
Sədaqət Həsənova














