Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan şəhərinin Nizami küçəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
///report///














