Cümə, İyul 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Öncə türkləri, sonra azərbaycanlıları satdılar: İndi növbə ruslarındır

28/05/2026 15:12
Dünya
48 0
Öncə türkləri, sonra azərbaycanlıları satdılar: İndi növbə ruslarındır
61
Baxış sayı

Ermənistanın son illərdə apardığı siyasət və müxtəlif geosiyasi mərkəzlər arasında manevr cəhdləri yenidən regionda müzakirə mövzusuna çevrilib. Xüsusilə, İrəvanın həm Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından asılı qalması, həm də Qərblə yaxınlaşmağa çalışması ziddiyyətli mənzərə yaradır.

Gündəm24.az  KONKRET.az-a istinadən xəbər verir ki, tarix boyu erməni millətçiliyinin region xalqları üçün ciddi problemlər yaratdığı dəfələrlə qeyd olunub. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları, “miatsum” ideyası və bunun nəticəsində baş verən işğal siyasəti Azərbaycan üçün ağır nəticələr doğurdu.

Uzun illər ərzində torpaqların işğal altında qalması, şəhər və kəndlərin dağıdılması, bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ölkənin müasir tarixinin ən faciəli səhifələrindən biri hesab olunur.

Bu gün isə Ermənistanın münasibətlərində əsas gərginlik Moskva ilə müşahidə edilir.

Halbuki Rusiya uzun illər ərzində Ermənistana siyasi, iqtisadi və hərbi dəstək verən əsas ölkələrdən biri olub. Ermənistan iqtisadiyyatının bir çox sahələri hələ də Rusiyadan ciddi şəkildə asılıdır. Ermənistan məhsullarının böyük hissəsi Rusiya bazarına ixrac edilir, yüz minlərlə erməni Rusiyada çalışaraq ailələrinə pul göndərir.

Enerji sahəsində də Moskvanın rolu xüsusi əhəmiyyət daşıyır. Ermənistan Rusiyadan qazı güzəştli qiymətlə alır. Eyni zamanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətində rus mütəxəssislər iştirak edir. Dəmir yollarının idarəçiliyi də Rusiyanın nəzarətindədir.

Hərbi sahədə əməkdaşlıq da davam edir. Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşir, rus sərhədçiləri isə Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət aparırlar.

Bununla yanaşı, Nikol Paşinyan hakimiyyəti son illərdə Qərblə münasibətləri gücləndirməyə çalışır. ABŞ və Avropa ilə yaxınlaşma cəhdləri Moskva ilə münasibətlərdə soyuqluq yaradıb.

Ekspertlər hesab edir ki, Qərb Ermənistanı tamhüquqlu tərəfdaşdan daha çox, Rusiyaya qarşı geosiyasi alət kimi görür. 44 günlük müharibə dövründə də Ermənistanın Rusiyadan daha böyük hərbi və siyasi dəstək gözlədiyi, lakin Moskvanın birbaşa müdaxilədən yayınmasından sonra İrəvanın Rusiyanı ittiham etdiyi tez-tez xatırladılır.

Analitiklər bildirirlər ki, Ermənistanın həm Rusiyadan asılı qalması, həm də paralel şəkildə Qərbə inteqrasiya cəhdləri gələcəkdə ölkə üçün əlavə risklər yarada bilər. Regionda sülh mesajlarının verilməsinə baxmayaraq, İrəvanın siyasətindəki qeyri-müəyyənlik diqqətlə izlənilir.

Oxşarxəbərlər

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ
Dünya

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ

17/07/2026 10:06
51
Ruttedən ruslara çağırış: Döyüşlərə qoşulsanız…
Dünya

Ruttedən ruslara çağırış: Döyüşlərə qoşulsanız…

17/07/2026 09:21
53
Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi
Dünya

Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi

17/07/2026 08:09
51
SON DƏQİQƏ! İrana hücuma keçdilər
Dünya

SON DƏQİQƏ! İrana hücuma keçdilər

16/07/2026 23:09
55
Dubayın mərkəzində PARTLAYIŞ
Dünya

Dubayın mərkəzində PARTLAYIŞ

16/07/2026 21:14
54
TƏCİLİ! İran Trampın hotellərinə zərbə endirməyə hazırlaşır
Dünya

TƏCİLİ! İran Trampın hotellərinə zərbə endirməyə hazırlaşır

16/07/2026 19:08
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Nazirlər toplandı – İclas keçirilir

Nazirlər toplandı – İclas keçirilir

17/07/2026 11:20
52
20 mindən çox şəxsə proaktiv pensiya təyin edildi

20 mindən çox şəxsə proaktiv pensiya təyin edildi

17/07/2026 11:17
53
Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ

17/07/2026 10:06
51
Azərbaycanda yas mərasimləri ilə bağlı ŞOK TƏHLÜKƏ – Nə baş verir?

Azərbaycanda yas mərasimləri ilə bağlı ŞOK TƏHLÜKƏ – Nə baş verir?

17/07/2026 10:03
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
60

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
61

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.