Xəbər verdiyimiz kimi, illər əvvəl yayımlanan səs-küylü “Yeni ulduz” layihəsi qayıdır.
Gündəm24.az bildirir ki, Axşam.az-ın məlumatına görə, layihə “Regionun səsi” adı ilə ARB TV-də efirə gedəcək. Artıq yarışmanın seçimlərinə start verilib.
Layihədə münsif kürsüsündə Əməkdar artist Dilarə Əliyeva və Vüqar Camalzadə yer alacaq. Eyni zamanda Xalq artistləri Afaq Bəşirqızı və Samir Cəfərovun da layihədə olacağı iddia edilib.
Layihənin aparıcısı isə İlkin Həsəni olacaq.













