Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın təklifini qəbul edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O bildirib ki, söhbət Qəzza zolağının idarə olunması məsələləri ilə məşğul olacaq Sülh Şurasının tərkibinə daxil olmaqdan gedir:
“Macarıstan hökuməti Trampın təklifini özü üçün böyük şərəf hesab edir. Bunu qəbul edəcəyik. Viktor Orban mənə bu barədə ABŞ administrasiyasına məlumat verməyi tapşırıb”.
Nazir qeyd edib ki, Macarıstan Yaxın Şərqdə sülhün bərqərar olmasında maraqlıdır:
“Çünki bu regiondakı vəziyyət Avropanın təhlükəsizliyinə ciddi təsir göstərir”.













