Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paris merindən Bakıya qarşı HƏYASIZLIQ – Şillə kimi CAVAB

02/09/2026 11:40
Dünya, Manşet, Siyasət
815 25
Paris merindən Bakıya qarşı HƏYASIZLIQ – Şillə kimi CAVAB
696
Paylaşım sayı
966
Baxış sayı

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Bakıda hərbi cinayətlərə görə məhkum edilmiş ermənilərə həsr olunmuş sərginin keçirilməsi ilə əlaqədar Paris meri Emmanuel Qrequara məktub göndərib.

Musavat.com-un məlumatına görə, diplomat məktubu “X” sosial şəbəkə səhifəsində dərc edib.

Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərdi - FOTO | No Comment

“Bu məktubla Paris meriyası və Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) 2 sentyabr 2026-cı ildə Paris meriyasının qarşısındakı meydanda “Azərbaycan tərəfindən saxlanılan erməni məhbusların” portretləri kimi təqdim olunan şəkillərin nümayiş etdirilməsini nəzərdə tutan birgə təşəbbüslə bağlı dərin narahatlığımı və qəti etirazımı bildirirəm. İlk növbədə, sizin mövcud vəziyyətlə daha yaxından tanış olmağınıza kömək edəcəyinə ümid etdiyim bir sıra məlumatları diqqətinizə çatdırmaq istərdim”, – o yazıb. Səfir vurğulayıb ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkənin ərazi bütövlüyü Fransa və Ermənistan da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınır. O həmçinin otuz illik münaqişənin nəticələrini xatırladıb və qeyd edib ki, ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Qarabağın bərpası üzrə irimiqyaslı işlər həyata keçirir.

L. Abdullayevanın sözlərinə görə, 2025-ci ilin avqustunda Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb, birgə bəyannamə imzalanıb, bu isə iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələ açıb. O həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın iki ölkə arasında sülhün “görünən və hiss edilən” olması barədə 8 avqust 2026-cı il tarixli bəyanatına istinad edib.

Səfir qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun dəstəklədiyi sülh prosesi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanır və bu, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib. “Bu yeni kontekstdə səfirlik keçmişin birtərəfli və münaqişəli şərhini təqdim edə biləcək və ya iki dövlət arasında başlanmış sülh prosesinin ruhuna uyğun olmayan narrativləri yenidən Parisin ictimai məkanına çıxara biləcək hər hansı təşəbbüsü xüsusi narahatlıqla qarşılayır. Biz narahatıq ki, Ermənistan Respublikasının hakimiyyət orqanları ən yüksək səviyyədə sülh gündəliyini və Azərbaycanla münasibətlərin normallaşdırılmasını davam etdirməyə hazır olduqlarını açıq şəkildə bəyan etdikləri halda, nəzərdən keçirilən təşəbbüs, görünür, Fransadakı erməni diasporunu təmsil edən təşkilatlardan irəli gəlir”, – müraciətdə bildirilib.

Paşinyan Makronla sülhdən danışdı

Xanım Abdullayeva həmçinin qeyd edib ki, “sərgi”nin keçirilməsi sülh gündəliyinə ziddir. “O ki qaldı erməni məhbuslara, onlar ağır cinayətlərdə: insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorizmdə, eləcə də hakimiyyəti zorla ələ keçirmə cəhdində ittiham olunublar. Onların arasında Ukraynaya qarşı müharibəni maliyyələşdirdiyinə görə “Mirotvorets” sanksiya siyahısına daxil edilmiş Ruben Vardanyan da var. Fransa Ukraynanı qətiyyətlə dəstəklədiyi halda, belə profilli şəxslərin azad edilməsini tələb etmək bizə ziddiyyətli görünür”, – o yazıb.

Səfir əlavə edib ki, Bakı Hərbi Məhkəməsi tərəfindən mühakimə olunan şəxslər, o cümlədən Qarabağdakı tanınmamış rejimin keçmiş nümayəndələri bir sıra cinayətlərdə, o cümlədən sülhə və insanlığa qarşı əməllərdə təqsirli biliniblər. Diplomat Paris meriyasını sərginin keçirilməsi ilə bağlı qərara yenidən baxmağa və onu dayandırmağa çağırıb.

Qeyd edək ki, Fransa prezidenti Makron Azərbaycan Dövlət başçısı ilə son görüşdə isti münasibət sərgiləyib. Amma Paris hələ də bu məkrli və çirkin mövqeyindən əl çəkmir. Eyni xunta rejimi Fransada olsa, onları fiziki olaraq məhv edərdilər. Paris meriyası Bakıdan niyə əl çəkmir? Bakı meri fransalı həmkarına məktub göndərməli deyilmi? Vaxtilə Rusiyanın himayə etdiyi separatçıları indi niyə Fransa qoruyur? Axı, Fransa Ukraynada separatizmə qarşı dəstək verir…

Sahib Alıyev: Azərbaycan Prezidenti Türk Şurasını bütün dünya üçün örnək  sayıla biləcək əməkdaşlıq modeli kimi təqdim etdi - AZƏRTAC

Deputat Sahib Alıyev Musavat.com-a bildirib ki, Parisin indiki merinin özündən əvvəlkinin yolu ilə getməsi, yəni guya haylara dəstək adı altında bizim regionda konflikt potensialının qalmasına, hətta artmasına çalışması onu göstərir ki, bu, sadəcə paytaxtın özü, yaxud da ayrı-ayrı siyasətçilərlə bağlı məsələ deyil, bütövlükdə Fransa dövlətinin yeritdiyi siyasətdir: “Bunun həmin dövlətin başçısının guya Azərbaycanla Ermənistan arasında sülh gündəliyini dəstəkləməsi haqda bəyanatı ilə uzlaşmamasına, eləcə də cənab İlham Əliyevlə sonuncu görüşü zamanı üst-üstə düşməməsinə gəldikdə, burada təəccüblü heç nə yoxdur. Riyakarlıq, möhtəkirlik, hətta primitiv fırıldaqçılıq Fransa diplomatiyasının bir növ dəst-xəttidir”.

S.Alıyev ardınca vurğulayıb: “Siz sual verirsiniz ki, Ukraynaya qarşı savaşda verdiyi dəstəyə görə adı hallandırılan Ruben Vardanyanın həbsdən azad olunmasını Parisdə necə istəyə bilərlər? Mən də yenə təkrarlayıram: burada təəccüblü heç nə yoxdur. Fransadakıları bu məsələdə Ukraynanın mövqeyi qətiyyən narahat etmir. Onlar üçün Vardanyanın, eləcə də Qarabağdakı keçmiş hərbi xuntanın digər dəstəbaşlarının həbsdə olub-olmamaları da sırf humanitar baxımdan heç bir önəm daşımır. Həmin cinayətkarların buraxılması ona görə istənilir ki, bunun Ermənistanda revanşizm hisslərini gücləndirəcəyi və az öncə bildirdiyim kimi, regionda konflikt potensialını artıracağı düşüncəsindədirlər”.

Milli Məclisin üzvü qeyd edib ki, Yelisey sarayındakılarının Ukraynaya yanaşması da Ermənistana yanaşmasından çox da fərqlənmir: “Birincisi, Ukraynaya verilən dəstəyin arxasında qətiyyən xoşməramlılıq durmur. Buna Rusiyaya qarşı təzyiq və alver predmeti kimi baxılır. İkincisi, gurultulu dəstək bəyanatları verilməyə verilir, amma əməldə başqa reallıqlar üzə çıxır. Baxın, bir konkret fakt: 2024-cü il fevralın 16-da Fransa ilə Ukrayna arasında təhlükəsizlik sazişi imzalananda Paris 2024-cü ildə “3 milyard avroyadək” əlavə hərbi yardım göstərmək öhdəliyi götürmüşdü. Amma heç bunun üçdə biri də edilmədi. Və bilirsiniz, səbəb də nə ilə izah olundu? Sənəddə 3 milyard yox, 3 milyardadək yardım vəd olunub. Yəni hətta bir avro belə yardım etsə, bu, Fransa üçün öhdəliyin yerinə yetirilməsi demək imiş. Bu, sırf alverçi fırıldağına bənzəyir, ya yox? Mən onlarla belə fakt çəkə bilərəm, sadəcə, vaxt almaq istəmirəm”.

S.Alıyev digər bir paralellik də aparıb: “Siz Avropanın digər böyük dövlətləri – Almaniya və Böyük Britaniyanın – Ukraynaya etdiyi real yardımın həcminə baxın, bir də Fransanın. Onda bu dövlətin və onun gurultulu bəyanatlar verən, bəlağətli dəstək nitqi söyləyən başçısının mahiyyəti tam üzə çıxacaq. Yəni deməyim odur ki, Azərbaycan Fransanın nə dediyinə yox, nə etdiyinə baxır və buna uyğun siyasət yeridir. Və bu siyasət heç də Bakı Təşəbbüs Qrupunun atdığı addımlarla məhdudlaşmır”.

Oxşarxəbərlər

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək
CƏMİYYƏT

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

20/10/2026 12:29
953
Rəis qəfil vəfat etdi – FOTO
Hadisə

Rəis qəfil vəfat etdi – FOTO

20/10/2026 11:39
962
Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”
Elm və təhsil

Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

20/10/2026 11:10
958
Respublika Psixiatriya xəstəxanasında ölüm…
Hadisə

Respublika Psixiatriya xəstəxanasında ölüm…

20/10/2026 11:01
960
Ağır yol qəzası: ölən və yaralanan var
Hadisə

Ağır yol qəzası: ölən və yaralanan var

20/10/2026 10:27
953
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
CƏMİYYƏT

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20/10/2026 10:12
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

Hərbi xidmətdə bu qaydanı pozanlar cərimə ediləcək

20/10/2026 12:29
953
Rəis qəfil vəfat etdi – FOTO

Rəis qəfil vəfat etdi – FOTO

20/10/2026 11:39
962
Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

Məleykə Abbaszadə səssizliyi pozdu: “Əvvəl niyə…”

20/10/2026 11:10
958
Respublika Psixiatriya xəstəxanasında ölüm…

Respublika Psixiatriya xəstəxanasında ölüm…

20/10/2026 11:01
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
957

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
980

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
998

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.