İran Prezidenti Məsud Pezeşkian ABŞ xalqına ünvanlanmış açıq məktub yayımlayıb.
Gündəm24.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən məktubda “İran xalqı Amerika, Avropa və qonşu ölkələr də daxil olmaqla heç bir millətə qarşı düşmənçilik bəsləmir” – sözləri əksini tapıb.
İran Prezidenti Məsud Pezeşkian ABŞ xalqına ünvanlanmış məktubunda İran xalqının Amerika, Avropa və qonşu ölkələr də daxil olmaqla heç bir millətə qarşı düşmənçilik bəsləmədiyini bildirdi.
Pezeşkian ABŞ-nin İran ətrafında hərbi yığıncaq etdiyini və İranı hədəf aldığını bildirərək ölkəsinin bu şəraitdə müdafiə qabiliyyətini inkişaf etdirməkdən vaz keçməyəcəyini vurğulayıb. Pezeşkian, “İran bütün xarici təzyiqlərə baxmayaraq inkişaf edir. Bu inkişaf medianın yaratdığı təsəvvürlərlə deyil, birbaşa müşahidə edilərək anlaşıla bilər” – ifadələrini də fikilərinə əlavə edib.













