Dünən İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının Azərbaycana hücumu barədə xəbərləri “şayiələr” adlandırıb.
Ajans.az yerli mediaya istinadən xəbər verir.
O, bu açıqlamanı rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı verib.
“İran qonşularına hücum etməyi planlaşdırmayıb və planlaşdırmır. Biz yalnız ərazi bütövlüyümüzü müdafiə etməyə çalışırıq”, – deyə prezident qeyd edib. O, habelə, Putindən beynəlxalq arenada Tehranın “qanuni hüquqlarını” dəstəkləməsini istəyib.














