Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində saxlanılan altı şübhəlidən üçü həbs olunub. Digər üçü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Gündəm24.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan narkotik istintaqında şübhəlilərin polis bölməsindəki prosedurları tamamlanıb.
Saxlanılan altı şübhəlidən dördü həbs, ikisi isə məhkəmə nəzarəti tələbi ilə magistrat məhkəməsinə göndərilib. Prokuror Ayşe Tarım, Ayşe Sağlam, Burak Fahri Yön və Ceren Alperin həbsini, Nilüfer Batur Tokgöz və Selen Görgüzel üçün isə məhkəmə nəzarəti tələb edib.
Ayşe Tarım, Ayşe Sağlam və Ceren Alper məhkəmə qərarı ilə həbs edilib. Burak Fahri Yön, Nilüfer Batur Tokgöz və Selen Görgüzel məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Sədaqət Həsənova














