Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident iki mühüm sənəd imzaladı: ipoteka və sürücülük vəsiqəsi…

26/12/2025 16:46
Manşet, Siyasət
823 25
Prezident iki mühüm sənəd imzaladı: ipoteka və sürücülük vəsiqəsi…
702
Paylaşım sayı
975
Baxış sayı

Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq.

Gündəm24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Qeyd edək ki, dəyişikliyin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir.

Mühüm dəyişiklik moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu, sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını təmin edəcək və nəticə etibarilə yol hərəkəti təhlükəsizliyini artıracaq.

Bundan başqa, moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, onların dövlət qeydiyyatına alınaraq uçota götürülməsini nəzərdə tutur. Qanunda mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur.

Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunluq və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Gündəm24.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi siyasət məsələləri sektorunun müdiri.

2. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 2535 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 241 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

Oxşarxəbərlər

Araqçi Nyu-Yorka gedir
Manşet

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir
Manşet

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Manşet

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”
Manşet

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski
Manşet

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO
Manşet

Cahangir Əsgərovun qızları Londonda 6 milyona mənzil aldı-FOTO

21/09/2026 00:27
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
961
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In