Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident konqres iştirakçılarına müraciət etdi

19/12/2025 10:25
Manşet, Siyasət
75 2
Prezident konqres iştirakçılarına müraciət etdi
97
Baxış sayı

Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət edib.

Gündəm24.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli konqres iştirakçıları!

Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.

Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.

İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçmişdir. Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsində məşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indi də lazımınca qorunur. İnstitut öz bazasında topladığı yüksək hazırlıqlı professor-müəllim heyəti ilə həkimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlar əldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidə tətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlı genişləndirən mərkəz kimi nüfuz qazanmışdır.

Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhz İnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə töhfəsini verəcəkdir”.

Oxşarxəbərlər

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad
Manşet

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
66
ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq
Dünya

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

18/06/2026 11:27
53
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
Manşet

Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev

18/06/2026 10:02
56
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Manşet

Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

18/06/2026 09:44
54
Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ – Tezliklə….
Manşet

Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ – Tezliklə….

18/06/2026 09:30
55
İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir – CANLI
Manşet

İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir – CANLI

18/06/2026 09:04
52

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı – Rəsmi

Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı – Rəsmi

18/06/2026 14:52
50
Zelenski Moskvaya hücumdan DANIŞDI: Putinə SƏRT MESAJ

Zelenski Moskvaya hücumdan DANIŞDI: Putinə SƏRT MESAJ

18/06/2026 14:47
50
Flora Kərimovanın SON DURUMU açıqlandı

Flora Kərimovanın SON DURUMU açıqlandı

18/06/2026 14:23
50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu – FOTO

18/06/2026 14:13
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

Qərbi Azərbaycanın unudulmayan mahalı: Sərdarabad

18/06/2026 11:45
66

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

ABŞ-dan NATO müttəfiqlərinə ultimatum: Müdafiə xərclərini artırın, yoxsa dəstək azalacaq

18/06/2026 11:27
53

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
57

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In