Bazar, Oktyabr 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident YAP-ın qurultayında hansı mesajları verib? — Millət vəkilləri ilə MÜZAKİRƏ

03/10/2026 20:03
Manşet, Siyasət
822 8
Prezident YAP-ın qurultayında hansı mesajları verib? — Millət vəkilləri ilə MÜZAKİRƏ
687
Paylaşım sayı
954
Baxış sayı

Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın qarşıdakı inkişaf mərhələsinə dair mühüm siyasi və sosial-iqtisadi mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin çıxışında ötən illərdə əldə olunan nəticələrlə yanaşı, ölkənin qarşısında duran yeni hədəflər də diqqətə çatdırıldı. Dövlət başçısının səsləndirdiyi “daha da güclü olmaq” fikri isə Azərbaycanın növbəti mərhələdə əsas strateji məqsədini ifadə edən mesaj kimi önə çıxdı.

Bəs “daha da güclü olmaq” hədəfi hansı istiqamətləri əhatə edir? Qarşıdakı dövrdə Azərbaycanın siyasi, iqtisadi, sosial və təhlükəsizlik gündəliyində hansı məsələlər ön plana çıxacaq? Prezident İlham Əliyevin VIII qurultayda səsləndirdiyi fikirləri Oxu24.com-a şərh edən Milli Məclisin deputatları Hikmət Babaoğlu və Zaur Şükürov qarşıdakı dövrün əsas prioritetlərini dəyərləndiriblər.

Oxu24.com-a danışan Millət vəkili Hikmət Babaoğlu  bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayında  Prezident İlham Əliyev  VII qurultaydan ötən 5 il ərzində Azərbaycanda görülən işlərdən danışdı və eyni zamanda VIII qurultaydan sonra qarşımızda hansı məqsədlərin dayandığını açıqladı:

“Qiymətləndirmə zamanı, heç şübhəsiz ki, Azərbaycan Prezidenti qeyd etdi ki, ilk dəfədir qurultayımızı ərazi bütövlüyümüzün və suveren hüquqlarımızın tam bərpa edilməsindən sonra keçiririk. Məncə, təkcə bu fakt son 5 ildə Yeni Azərbaycan Partiyasının fəaliyyətini ən yüksək səviyyədə qiymətləndirmək üçün kifayət qədər əsasdır.

Yəni 2021-ci ildən sonra, VII qurultaydan sonra 2023-cü ildə suveren hüquqlarımızı bərpa etməklə Azərbaycan partiya tarixində heç bir partiyanın həyata keçirə bilmədiyi bir işə imza atdıq. Buraya eyni zamanda Sovet dövründə Kommunist Partiyasının fəaliyyəti də daxildir. Çünki biz 1923-cü ildə Qarabağın iki hissəyə bölünərək bir hissəsinə xüsusi status verilməsi ilə bağlı yaranmış 100 illik problemdən xilas olduq. Yəni 100 illik problemi həll etdik. Təkcə bu fakt kifayətdir ki, Yeni Azərbaycan Partiyasının öz avtobioqrafiyasına və xalqımızın siyasi sisteminin avtobioqrafiyasına necə möhtəşəm bir imza atdığını görək”.

Millət vəkili vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının regionun ən böyük və ən güclü partiyası kimi qiymətləndirilməsi də buradan irəli gəlir:

“Bəzən bunu Azərbaycanın coğrafiyasının böyüklüyü, gücünün və qüdrətinin çox yüksək səviyyədə olması ilə dəyərləndiririk. Amma Cənubi Qafqaz vahid coğrafiya olsa da, müxtəlif siyasi sistemə malik üç ölkədən ibarətdir. Və yaxud bu miqyası bir qədər Cənubi Qafqazdan da çıxara bilərik, daha geniş regionla müqayisə apara bilərik. Müqayisə aparınca bəlli olacaq ki, ölkələrin heç birində heç bir partiya öz xalqının tarixində belə bir uğura imza atmayıb. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi isə region ölkələrində Yeni Azərbaycan Partiyasının gücünə, intellektual potensialına, elmi potensialına rəqiblik edəcək başqa bir partiyanın olmamasıdır”.

Hikmət Babaoğlu  Yeni Azərbaycan Partiyasının  həm də siyasi sistemimizin lokomotivi olduğunu diqqətə çatdırıb: 

“Bu, Azərbaycan dövlətinin siyasətinin formalaşmasında da mühüm rol oynayır.Bu gün isə bütövlükdə Cənubi Qafqazda Azərbaycanın siyasəti hər şeyi diktə edir. Bax, bu da Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazla bağlı müqayisədə yaratdığı yeni reallıqlardır.

Hazırda isə, əlbəttə ki, indiki mərhələdə qarşımızda hansı məqsədlərin dayandığı sualının cavabını Azərbaycan Prezidenti belə izah etdi: “Daha da güclü olmaq məqsədi dayanır”. Məncə, sadəcə bu bir cümlədə hər şey var.

Daha da güclü olmaq nə deməkdir? Bir dövlətin, bir milli dövlətin, onun siyasi sisteminin, iqtisadiyyatının, sosial həyatının, elmi potensialının bütün parametrlər üzrə güclü olması deməkdir. Azərbaycan Prezidenti dedi: “Güclü olmalıyıq ki, bu mövqeyimizi qoruyaq”.

Burada isə, əlbəttə ki, partiyaların üzərinə çox böyük vəzifələr düşür. Çünki partiyalar cəmiyyətdə ideya istehsalçılarıdır, düşüncə , vətənpərvərlik , siyasi maarifləndirmə platformalarıdır. Yeni Azərbaycan Partiyası da bu mənada böyük auditoriyaya və böyük imkanlara malikdir. Qarşıda duran vəzifələr də bundan ibarətdir”.

Müsahibimiz əlavə edib ki, Azərbaycan Prezidenti bir daha, həmişə olduğu kimi, vətəndaşlarımızın sosial rifahı, ondan sonra onların təhlükəsizliyi məsələsinə toxundu və bildirdi ki, önümüzdəki il təqaüdlər, pensiyalar və əməkhaqları qaldırılacaqdır:

“Amma bunun üçün Prezident İlham Əliyev  qeyd etdi ki, bu, öz-özünə baş vermir. Bunun üçün də yaxşı iqtisadi təməllər lazımdır və Azərbaycan bu iqtisadi təminatı əldə etməyi bacarmışdır”.

“İslam həmrəyliyi bu gün çox aktualdır. Azərbaycan Prezidenti təəssüflə bildirdi ki, ətrafımızda İslam dünyasında qütbləşmələr baş verir və bu, xoşagələn deyil.

Məncə, bu, Prezident İlham Əliyevin uzun illərdir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr, İslam dünyası içərisində yer alan ölkələrin həmrəyliyi üçün etdiyi çağırışların davamı idi. Bu çağırış bu gün daha aktualdır. Ona görə də mən düşünürəm ki, bu da mühüm əhəmiyyət kəsb edən bir çağırış idi”, – deyə Millət vəkili fikirlərini tamamlayıb.

Oxu24.com-a danışan Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki xilaskar missiyası, ölkəmizin daxili və xarici siyasət kursu, Ermənistanın onilliklər boyu davam edən işğalçılıq siyasəti, şanlı Zəfərimiz, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, eləcə də digər vacib məsələlərlə bağlı çox önəmli fikirlər səsləndirilib:

 

“Bu mesajların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduqdan sonra keçirilən ilk qurultayda səsləndiyi üçün xüsusilə strateji xarakter daşıyır. Əsas mesajlar bunlardır- hərbi qüdrətin artırılması (gələn il üçün təhlükəsizlik xərcləri təxminən 9 milyard manat nəzərdə tutulur), müstəqil və fəal xarici siyasət, ideoloji təhlükəsizlik, iqtisadi sabitlik, Qarabağ və Şərqi Zəngəzurun bərpası, ölkə əhalisinin maddi rifah halının davamlı olaraq yüksəldilməsi.

Bu gün Azərbaycan dövlət başçımızın müstəqil, milli maraqlara cavab verən praqmatik siyasəti sayəsində nəinki regional, qlobal səviyyədə davamlı nüfuz qazanan dövlətlərdən birinə çevrilib. Ölkəmiz orta güc olaraq qəbul edilir. Bu ilin iyul ayında  IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı Prezident İlham Əliyev orta güc dövlətlərə xas olan bəzi meyarları sadalayaraq, qeyd etdi ki, burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib.

Bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur. Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Mühüm meyarlardan biri ölkə hüdudlarından kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyətidir. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də ölkə daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə məsuliyyətdir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, beynəlxalq münasibətlər sistemində bərabərhüquqluq, qarşılıqlı hörmət və milli maraqlar üzərində öz xarici siyasət prioritetlərini həyata keçirir:

“Eyni zamanda kənar qüvvələrin daxili işlərimizə müdaxilə etməsinə imkan vermirik. Təbii ki, öz maraqlarını, siyasətlərini yürütmək istəyən güc mərkəzləri tarixən müxtəlif təzyiq vasitələrindən istifadə etmişlər və bu meyllər indi də müşahidə edilir. Lakin Azərbaycan dövlətinin müstəqil siyasəti, güclü iqtisadiyyatı, siyasi sabitliyi, enerji strategiyası, hərbi qüdrəti, etibarlı tərəfdaş imici və ölkə əhalisinin maddi rifah halının daim yüksəldilməsinə yönəlmiş addımlar bu kimi riyakar planların qarşısının alınması üçün vacib amillərdir.

Ölkə başçısı bununla bağlı qeyd etdi ki, təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq.  Ölkə daxilində hər hansı risklər- nə fiziki risklər, nə ideoloji risklər mövcud deyil, bütün risklər hüdudlarımızın kənarında formalaşır. İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Həm fiziki, həm ideoloji risklərlə bağlı ciddi tədbirlər görülür və görüləcək”.

Zaur Şükürov qeyd edib ki, Prezident bu kimi təxribatlardan qorunmaq üç əsas istiqamətə-təhsil, vətənpərvərlik və yeni, müasir ideoloji iş məsələlərinə vurğu etdi:

“Xüsusilə internet, kiberhücumlar və süni intellekt şəraitində informasiya təhlükəsizliyinə diqqət artırılacaq. Həqiqətən də, təxribatçı mərkəzlərin əsas hədəfləri xüsusilə gənc nəsildir və ölkədə təhsil siyasəti, vətənpərvərlik hissi zəif olduğu təqdirdə bu qüvvələr daha fəal şəkildə öz məqsədlərinə nail olmağa çalışırlar.

Bu gün gənclərimizin dünya standartlarına cavab verən təhsil almaları üçün dövlətimiz tərəfindən zəruri addımlar atılır və həyata keçirilən dövlət proqramları da məhz bu məqsədlərə xidmət edir. Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində yüzlərlə gəncimiz hər il dünyanın top universitetlərində təhsil almaq hüququ əldə edirlər. Gənclərimiz aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və birgünlük anterror tədbirlərində misilsiz vətənpərvərlik nümunəsi göstərdilər. Bütün bunlar, dövlət və ailə institutlarımızın bu istiqamətdə uğurlu siyasətinin nəticəsində mümkün olmuşdur.

Ölkə başçımız hökumətin sosial siyasət strategiyasına da toxunaraq gələn il minimum əməkhaqqı, pensiya və müavinətlərin qaldırılacağını bildirdi. Sosial siyasətin davamlılığının təmin edilməsi üçün iqtisadi inkişaf, əlverişli investisiya mühiti və maliyyə dayanıqlığı önəmli faktorlardır. Bir neçə gün öncə ölkəmizdə keçirilən 2-ci Beynəlxalq İnvestisiya Forumu və bu Forum çərçivəsində imzalanmış milyardlarla dollar həcmində investisiya sazişləri ölkə iqtisadiyyatımıza, sərmayə və təhlükəsizlik mühitinə inam və etimadın göstəricisidir.

Bu xüsusda, qeyd edilməli vacib məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləridir. Dövlət başçımızın qeyd etdiyi kimi, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırılıb və bu vəsaitin böyük əksəriyyəti infrastruktur layihələrinə yönəldilib ki, onların da böyük hissəsi başa çatıb. 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək”.

Deputat xarici siyasətdə İslam ölkələri ilə əməkdaşlığın və İslam həmrəyliyinin gücləndirilməsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Ölkəmiz islam həmrəyliyinin gücləndirilməsi üçün mühüm səylər göstərir və islam dünyasında birləşdirici rol oynayır. Məhz bu istiqamətdə atılan addımların nəticəsidir ki, Azərbaycan keçən il İƏT-in D-8 qrupuna üzv seçildi. Məlum olduğu kimi, müsəlman aləminin əhali nöqteyi-nəzərindən ən böyük 8 ölkəsini birləşdirən və 30 il öncə təsis edilən qrupa bu illər ərzində yeni üzv qəbul edilməmişdir. Gələn il isə Azərbaycan İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcək. İslam ölkələrinin bir-biri ilə müharibə şəraitində olduğu bir dövrdə Azərbaycan kimi məsuliyyətli, dünya miqyasında yüksək etimad və etibar qazanmış bir dövlətin bu təşkilata sədrliyi xüsusilə önəmlidir.

İnanırıq ki, məhz Prezident İlham Əliyevin dövlətimizin inkişafı və xalqımızın firavan gələcəyi naminə uzaqgörən planları Vətənimiz Azərbaycanı daha güclü, qüdrətli ölkəyə çevirəcək və beynəlxalq nüfuzu davamlı olaraq artacaqdır”.

Mehin Mehmanqızı   

Qeyd: Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq  əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.

Oxşarxəbərlər

Sovet Pullarını Yoxlayın: Bu Əskinas 2900 Manata Satıldı
Manşet

Sovet Pullarını Yoxlayın: Bu Əskinas 2900 Manata Satıldı

04/10/2026 00:01
975
“Məni “Söylü”yə oxşatmayın” – VİDEO
Manşet

“Məni “Söylü”yə oxşatmayın” – VİDEO

03/10/2026 22:54
951
Heydər Əliyev Azərbaycandır!
Manşet

Heydər Əliyev Azərbaycandır!

03/10/2026 22:40
951
Bakıda kanatla sərnişindaşıma olacaq – VİDEO
CƏMİYYƏT

Bakıda kanatla sərnişindaşıma olacaq – VİDEO

03/10/2026 22:35
951
Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?
CƏMİYYƏT

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

03/10/2026 22:23
951
Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı
Manşet

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı

03/10/2026 22:19
975

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sovet Pullarını Yoxlayın: Bu Əskinas 2900 Manata Satıldı

Sovet Pullarını Yoxlayın: Bu Əskinas 2900 Manata Satıldı

04/10/2026 00:01
975
Xaçmazda AĞIR QƏZA: yaralananlar var – FOTO

Xaçmazda AĞIR QƏZA: yaralananlar var – FOTO

03/10/2026 23:30
951
ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

03/10/2026 23:20
951
“Məni “Söylü”yə oxşatmayın” – VİDEO

“Məni “Söylü”yə oxşatmayın” – VİDEO

03/10/2026 22:54
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya XİN-dən Kiyevdəki diplomatlara TƏCİLİ ÇAĞIRIŞ

Rusiya XİN-dən Kiyevdəki diplomatlara TƏCİLİ ÇAĞIRIŞ

03/10/2026 14:04
957

YAP-ın yaranmasına nə səbəb oldu? – TARİXİ FAKTLAR

YAP-ın yaranmasına nə səbəb oldu? – TARİXİ FAKTLAR

02/10/2026 20:25
1k

Dərələyəzin qədim kəndi Ağyar-QƏDİM YURDUN TARİXİ

Dərələyəzin qədim kəndi Ağyar-QƏDİM YURDUN TARİXİ

02/10/2026 08:51
962

Volqoqradda PUA HÜCUMU: Yaşayış binasında yanğın

Volqoqradda PUA HÜCUMU: Yaşayış binasında yanğın

02/10/2026 07:20
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.