Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”nə yeni məzmunda yarımbənd əlavə edilib.
Gündəm24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Belə ki, yeni 3.1.16-3-cü yarımbəndə əsasən, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq, qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə verməlidir.












