Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM

02/09/2026 16:52
Manşet, Siyasət
827 8
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM
691
Paylaşım sayı
960
Baxış sayı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Gündəm24.az  xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 (Cild I); 2025, № 4 (I kitab), maddə 379, № 7, maddə 692; 2026, № 6, maddə 518; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 iyul tarixli 723 nömrəli fərmanı) ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “4. Dövlət Proqramının məqsədi və prioritet istiqamətləri” hissəsi üzrə:

1.1.1. 4.1.1-ci yarımbəndin dördüncü abzasında “güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri” sözləri “müvafiq tədbirlər” sözləri ilə əvəz edilsin;

1.1.2. 4.1.2-ci yarımbəndin mətni aşağıdakı redaksiyada verilsin:

“Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyindən istifadə edilərək, regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışı sürətləndiriləcəkdir. Bu çərçivədə, yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaqdır. Müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin yüksəldilməsi ixrac həcminin artmasına, məşğulluğun genişlənməsinə və regionun işgüzar əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq, bu imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaqdır.

Həyata keçiriləcək tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, iqtisadiyyatda yerli istehsalın rolunun güclənməsinə kömək edəcəkdir.”;

1.1.3. 4.1.4-cü yarımbəndin ikinci abzasında “Bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsulları müəyyənləşdiriləcək, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi diqqətdə saxlanılacaq, kənd” sözləri “Kənd” sözü ilə əvəz edilsin;

1.1.4. 4.1.5-ci yarımbəndin üçüncü abzasından “turizm və rekreasiya zonalarının yaradılması da regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək,” sözləri çıxarılsın;

1.1.5. 4.1.7-ci yarımbənd üzrə:

1.1.5.1. ikinci abzasda “ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin” sözləri “əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının” sözləri ilə əvəz edilsin;

1.1.5.2. üçüncü abzas ləğv edilsin;

1.1.6. 4.1.8-ci yarımbəndin ikinci abzasında “ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin” sözləri “təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.1.7. 4.1.10-cu yarımbəndin yeddinci abzası ləğv edilsin;

1.2. “8. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı” hissəsi üzrə:

1.2.1. 8.1.5-ci, 8.2.1-ci, 8.2.2-ci və 8.2.3-cü yarımbəndlər ləğv edilsin;

1.2.2. 8.4.2-ci yarımbəndin “Digər icraçılar” sütununa “İN” akronimindən sonra “, AQTA” akronimi əlavə edilsin;

1.2.3. 8.4.3-cü və 8.5.4-cü yarımbəndlər ləğv edilsin;

1.2.4. 8.7.5-ci yarımbənd üzrə:

1.2.4.1. “Əsas icraçı orqan (qurum) fəaliyyət istiqamətlərinə uyğun olaraq” sütununa “AAYDA” akronimindən sonra “, AZCON” akronimi əlavə edilsin;

1.2.4.2. “Digər icraçılar” sütunundan “, AZCON” akronimi çıxarılsın;

1.2.4.3. “yekun nəticələr” sütunu aşağıdakı redaksiyada verilsin:

“Naxçıvan Muxtar Respublikasında əhalinin nəqliyyat infrastrukturuna və nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması”;

1.2.5. 8.7.6-cı yarımbənd ləğv edilsin;

1.2.6. 8.8.2-ci yarımbənd üzrə:

1.2.6.1. “Tədbirin adı” sütununda “Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin” sözləri “Təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.2.6.2. “yekun nəticələr” sütununda “Aztəminatlı və xüsusi himayəyə ehtiyacı olan uşaqların təhsil” sözləri “Təhsil” sözü ilə əvəz edilsin;

1.2.7. 8.8.3-cü yarımbəndin “yekun nəticələr” sütunu aşağıdakı redaksiyada verilsin:

“Sosial cəhətdən həssas əhali qruplarının sosial xidmətlərlə əhatə olunmasının genişləndirilməsi”;

1.2.8. 8.8.4-cü yarımbəndin “yekun nəticələr” sütunu aşağıdakı redaksiyada verilsin:

“Əhalinin fiziki fəallığının artırılması üçün şəraitin yaxşılaşdırılması”;

1.2.9. 8.10.13-cü yarımbənd ləğv edilsin;

1.2.10. 8.11.1-ci yarımbəndin “Digər icraçılar” sütununa “İN,” akronimindən sonra “ADSEA,” akronimi əlavə edilsin;

1.2.11. 8.11.2-ci yarımbənd üzrə:

1.2.11.1. “Tədbirin adı” sütununda “Meşəsalma” sözü “Yaşıllaşdırma işlərinin genişləndirilməsi, meşəsalma” sözləri ilə əvəz edilsin;

1.2.11.2. “aralıq nəticələr” sütununda “Meşəsalma” sözü “Yaşıllaşdırma, meşəsalma” sözləri ilə əvəz edilsin;

1.2.11.3. “yekun nəticələr” sütunu aşağıdakı redaksiyada verilsin:

“Yaşıllıq sahələrinin və meşə ilə örtülü ərazilərin artırılması”;

1.3. “AKRONİMLƏR VƏ İXTİSARLAR” hissəsindən “AZAL – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxşarxəbərlər

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
CƏMİYYƏT

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20/10/2026 10:12
953
Nəzakət Məmmədova təcili əməliyyat olundu
Manşet

Nəzakət Məmmədova təcili əməliyyat olundu

20/10/2026 10:00
954
Qızıl ucuzlaşdı
İqtisadiyyat

Qızıl ucuzlaşdı

20/10/2026 09:39
953
Tanınmış meyxanaçı VƏFAT ETDİ – FOTO
Hadisə

Tanınmış meyxanaçı VƏFAT ETDİ – FOTO

20/10/2026 09:37
953
Kamran Əzizova ağır itki
CƏMİYYƏT

Kamran Əzizova ağır itki

20/10/2026 09:10
952
Bu 3 bürcü gözlənilməz hadisələr gözləyir
Manşet

Bu 3 bürcü gözlənilməz hadisələr gözləyir

20/10/2026 09:03
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20/10/2026 10:12
953
Nəzakət Məmmədova təcili əməliyyat olundu

Nəzakət Məmmədova təcili əməliyyat olundu

20/10/2026 10:00
954
Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

20/10/2026 09:39
953
Paşinyan Qırğızıstan Prezidentinə görə onu işdən çıxardı

Paşinyan Qırğızıstan Prezidentinə görə onu işdən çıxardı

20/10/2026 09:39
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
955

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
980

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
998

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.