Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezidentdən YAP-çılara İLGİNC tapşırıq

05/10/2026 14:18
Manşet, Siyasət
827 8
Prezidentdən YAP-çılara İLGİNC tapşırıq
691
Paylaşım sayı
960
Baxış sayı

“Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Musavat.com yada salır ki, bu sözləri ötən həftə prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən deyib.

“Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın – bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün.

Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri”, – dövlət başçısı qeyd edib.

Prezident böyrümüzdəki dedikdə hansı qonşu ölkəni nəzərdə tutub? Bəs YAP-çılar qarşısında qoyulan məsuliyyət nədən ibarətdir?

Elman Nəsirov: Paşinyanın “yeni tezisləri” məsxərə obyektinə çevrilib -  AZƏRTAC

Hakim partiyadan deputat Elman Nəsirov Musavat.com-a deyib ki, prezidentin qurultaydakı çıxışı proqram xarakterli idi və strateji əhəmiyyətli tezisləri özündə ehtiva edirdi. Onun sözlərinə görə, bu tezislərdən biri də ölkəmizə qarşı yönələn ideoloji təxribatlarla bağlıdır.

“Cənab prezident vurğuladı ki, Azərbaycanın daxilində dövlətçiliyimiz üçün heç bir təhdid yoxdur. Təhdidlər xaricdən gəlir, xarici mənşəlidir və fiziki, eləcə də ideoloji xarakter daşıyır. Fiziki təhdidlərlə bağlı sərhədlərimiz güclüdür, biz istənilən təhdidin qarşısını almaq gücündəyik və müvafiq potensiala malikik. Lakin ideoloji təhdidlər sərhəd tanımır. Xüsusilə indiki internet əsrindəki hücumlar reallığında və süni intellektin mövcudluğu, inkişafı şəraitində ideoloji təxribatlar üçün münbit şərait yaranır. Biz bunun fərqindəyik”,_ deyə deputat vurğulayıb.

Elman Nəsirov hesab edir ki, hər hansı bir ölkədə Azərbaycan dilində bir platforma yaradılırsa, bu, heç də onun ölkəmizin xeyrinə fəaliyyət göstərməsi anlamına gəlmir: “Onların niyyəti ancaq təxribat törətmək, Azərbaycan cəmiyyətinə mənfi təsir göstərmək, gənclərin beynini yumaq, ölkədə vətəndaş həmrəyliyini pozmaq və vətəndaş itaətsizliyi yaratmaqdır. Ona görə prezident bildirdi ki, böyrümüzdə gecə-gündüz anti-Azərbaycan təbliğatı aparılır. Avropa ölkələrində də belə platformalar formalaşır və ölkəmizə qarşı gecə-gündüz iş aparırlar”.

Onun fikrincə, mübarizəmizi keyfiyyətcə yeni mərhələyə keçirməliyik və bu prosesdə, şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin üzərinə böyük məsuliyyət düşür.

Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır - Vüqar  Rəhimzadə

Deputat Vüqar Rəhimzadə də çıxışında qeyd edib ki, hərbi gücümüzün artırılması əsas prioritetlərdəndir: “Prezident İlham Əliyev bunu şərtləndirən amillərdən, həmçinin təhlükəsizlik tədbirlərindən, ideoloji təhlükəsizliyin təmin edilməsindən, YAP fəallarının ideoloji işin aparılmasında iştirakından, xarici siyasət uğurlarımızdan, hazırkı dövrün reallıqlarına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Azərbaycanın iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlanmasından geniş bəhs etdi. Təbii ki, qeyd edilən istiqamətlərin hər biri ayrı-ayrılıqda bir yazının mövzusudur. Hər dövrün öz tələbi, çağırışı olduğunu, onların həyata keçirilməsində müasir yenilikdən istifadə etməyin vacibliyi qurultayda xüsusi vurğulandı. Dövlət başçısı bildirdi ki, ideoloji işin düzgün qurulması, şablonlardan, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində çatsın”.

Oxşarxəbərlər

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi – FOTO
Hadisə

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi – FOTO

12/10/2026 09:55
952
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə – VİDEO
CƏMİYYƏT

Kreditini vaxtında verə bilməyənlərin nəzərinə – VİDEO

12/10/2026 09:35
951
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü – FOTO
Hadisə

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü – FOTO

12/10/2026 09:29
954
Azərbaycanda bu təhsil ocaqları bağlanır
Elm və təhsil

Azərbaycanda bu təhsil ocaqları bağlanır

12/10/2026 09:10
953
Neftin qiyməti kəskin ucuzlaşdı
İqtisadiyyat

Neftin qiyməti kəskin ucuzlaşdı

12/10/2026 09:02
951
Bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Bu ərazilərdə işıq olmayacaq

12/10/2026 09:00
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi – FOTO

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi – FOTO

12/10/2026 09:55
952
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə – VİDEO

Kreditini vaxtında verə bilməyənlərin nəzərinə – VİDEO

12/10/2026 09:35
951
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü – FOTO

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü – FOTO

12/10/2026 09:29
954
49 yaşlı kişi şadlıq sarayında bıçaqlandı

49 yaşlı kişi şadlıq sarayında bıçaqlandı

12/10/2026 09:14
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
953

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
988

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
991

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.