Kremldə keçirilən mərasimdə çıxış edən Rusiya lideri Putin dünyada vəziyyətin pisləşdiyini vurğulayıb.
Gündəm24.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən mərasimdə 34 ölkənin səfirlərindən etimadnamələri qəbul edərkən çıxış edib. O bildirib ki, müasir dünyada sabitlik və təhlükəsizlik ölkələrin dialoq qurmaq bacarığından asılıdır, Rusiya isə çoxqütblü dünya nizamına, balanslı və konstruktiv siyasətə sadiq qalır. Putin BMT-nin rolunun gücləndirilməsinin vacibliyini vurğulayıb və birtərəfli, təhlükəli addımların diplomatiyanı sıxışdırdığını qeyd edib.
Putin Rusiyanın yeni və ədalətli təhlükəsizlik arxitekturası üzrə danışıqlara qayıtmağa hazır olduğunu, Avropa ölkələri ilə münasibətləri bərpa etmək istədiyini bildirib. Onun sözlərinə görə, dialoqun minimuma enməsi Moskvanın günahı deyil və Rusiya qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa açıqdır.
Ukrayna məsələsinə toxunan Putin böhranın NATO-nun illərlə Rusiya sərhədlərinə doğru genişlənməsinin nəticəsi olduğunu deyib. O, Rusiyanın Ukraynadakı məqsədlərini davam etdirəcəyini, eyni zamanda münaqişənin sülh yolu ilə mümkün qədər tez həllinin vacibliyini vurğulayıb.
Sədaqət Həsənova














