Böyük Britaniyanın Vaşinqtondakı keçmiş səfiri Lord Peter Mandelson, ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada vəfat edən milyarder Ceffri Epşteynlə əlaqələndirilməsi ilə bağlı yeni iddialardan sonra Leyborist Partiyasından istefa verib.
Gündəm24.az xəbər verir ki,“The Guardian” qəzetinin məlumatına görə, keçmiş Nazirlər Kabineti naziri və səfir Peter Mandelson Epsteinlə əlaqələrinə yenidən diqqət yetirildiyi üçün Leyborist Partiyasından istefa verib və bu qərarını baş katibə yazdığı məktubda “daha çox xəcalət çəkmək istəmədiyi” üçün verdiyini bildirib.
O məktubunda qeyd edib ki, 20 il əvvəl ona edilən maliyyə ödənişləri ilə bağlı iddialar yenidən gündəmə gəlib, bu ödənişləri xatırlamadığını və onların doğru olduğuna inanmadığını, bu iddiaların araşdırılması lazım olduğunu vurğulayıb.
Mandelson həmçinin bu prosesdə Leyborist Partiyasına zərər vermək istəmədiyini bildirərək partiya üzvlüyündən istefa verdiyini açıqlayıb və səsləri daha əvvəl eşidilməli olan qadın və qızlardan “üzr” istəyib.
Yeni açıqlanan ABŞ Ədliyyə Nazirliyi sənədlərində Epsteinin Mandelsona 2003 və 2004-cü illərdə üç ayrı əməliyyatda cəmi 75 000 dollar ödədiyi göstərilir — hər biri 25 000 dollar olmaqla — lakin Mandelson bu sənədlərin dəqiqliyindən əmin olmadığını bildirib.
Sədaqət Həsənova














