Bazar, İyul 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qalmaqallı “Məhsəti” filmi ilə bağlı keçmiş nazirin qızından AÇIQLAMA

04/12/2025 23:18
Gündəm, Manşet
52 1
Qalmaqallı “Məhsəti” filmi ilə bağlı keçmiş nazirin qızından AÇIQLAMA
67
Baxış sayı

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub. Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir. Şura həm manipulyativ təqdimatları, həm də kontekstdənkənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun saymayıb.

Gündəm24.az  xəbər verir ki, Modern.az məsələ ilə bağlı filmin rejissor və ssenari müəllifi, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva ilə əlaqə saxlayıb.

Suad Qarayeva Bədii Şuranın qərarını təəssüflə qarşıladığını bildirib:

“Əlbəttə, film üzərində çalışanda birinci öz yerli auditoriyanı fikirləşirsən, öz yaxınlarını. Nəsə təzə bir şey etməyə çalışırsan ki, sonra ona baxan tamaşaçı öz rəyini bildirsin. Bu rəylər həmişə pozitiv olmaya bilər, amma yenə də nə qədər müzakirə varsa, o qədər yaxşıdır – diskussiya sənət üçün vacib prosesdir. Hamımız ondan nəsə öyrənirik. Bakı Festivalının komandası ilə də ünsiyyətdə idim, təəssüf olsun ki, lisenziyasız göstərə bilmirlər”.

O, sosial mediada tənqidlərə də cavaba verib: “Birinci fikirlərimi özüm yazdım, çünki film ilk öncə rejissorun və prodüserlərin öhdəliyidir. Fikirləşirəm ki, sənətin hər hansı formasına Şura baxışı bizi incəsənət baxımından geri saxlayır”.

Rejissor tənqid olunan obrazla bağlı qeyd edib ki, Məhsəti Gəncəvini canlandıran Mina adlı gənc teatr aktrisasıdır:

“O, səhnədə Məhsəti rolunu oynamaq istəyir və Məhsətinin öz şeirlərindən ilhamlanır. Bu film Məhsəti Gəncəvinin həyatı haqqında sənədli film deyil. Onun şeirləri bütün toplularda var – hamı artıq kitab almadan belə internetə girib oxuya bilər. Onun o vaxta görə bu qədər cəsur və azad poeziyası məni daha azad qadın obrazı yaratmağa ilhamlandırıb. Müasir gənclər, özlərini sərbəst hiss edən, həm sənətdə, həm də həyatlarında seçimlərini özləri edən obrazlar mənə maraqlıdır. Dünya kinosunda bu heç də təzə fikir deyil — müasir çağda, müasir gənclərin ritmində yaradılmış bir filmdir. Məhsəti Gəncəvi də görün min il qabaq necə şeirlər yazıb ki, bu günə qədər hamını heyrətə gətirir”.

Suad Qarayeva onu da vurğulayıb ki, film başqa beynəlxalq festivallarda nümayiş olunacaq:

“Film artıq ABŞ-da Mammoth Lakes Film Festivalında nümayiş olunub. Bizim çox istedadlı aktrisamız Fərqanə Abdullayeva Milan “Independent Film Awards”da “Best Actress” mükafatını alıb. Fevralda film Londonda festivalda olacaq. Ondan sonrasını isə artıq filmin distribütorları, Origine Films müəyyən edəcək”- deyə o bildirib

Oxşarxəbərlər

Azərbaycan – Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri
Manşet

Azərbaycan – Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri

04/07/2026 13:06
66
“Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı” – Prezident
Manşet

“Ağ Evdəki tarixi görüş regionumuzda müsbət ab-hava və vəziyyət yaratdı” – Prezident

04/07/2026 11:01
60
Leyla Əliyeva doğum günü ilə bağlı paylaşım etdi – FOTO
CƏMİYYƏT

Leyla Əliyeva doğum günü ilə bağlı paylaşım etdi – FOTO

03/07/2026 23:51
54
Ətdən süd qoxusu gəlirsə… – Qida ekspertindən XƏBƏRDARLIQ
Manşet

Ətdən süd qoxusu gəlirsə… – Qida ekspertindən XƏBƏRDARLIQ

03/07/2026 18:33
62
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
55
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Arzum”un səhhəti PİSLƏŞDİ

“Arzum”un səhhəti PİSLƏŞDİ

05/07/2026 13:10
52
“Toppuş bacı”nın ailəsində ağır itki

“Toppuş bacı”nın ailəsində ağır itki

05/07/2026 12:05
53
Faciəvi hadisə- Kişi ölü tapıldı

Faciəvi hadisə- Kişi ölü tapıldı

05/07/2026 11:53
52
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

05/07/2026 11:36
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
65

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
72

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
61

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
105

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.