“Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır”.
Gündəm24.az xəbər verir ki, bunu İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte deyib.
O, “Qarabağ” klubu ilə matça ciddi yanaşdıqlarını bildirib:
“Enerjimizi bərpa etməli və bu yeni çağırışa hazırlaşmalıyıq”.
Xatırladaq ki, noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.














