Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub.
Son məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən aviaşirkətlər artıq 1,3 mindən çox reysi gecikdirib.
“Bavi” tayfunu yerli vaxtla saat 23:20-də (Bakı vaxtı ilə saat 17:20-də) Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatıb. Tayçjou şəhəri yaxınlığında siklonun quruya çıxışı zamanı küləyin sürəti 40 m/s. təşkil edib.
Qasırğanın yaxınlaşması ilə əlaqədar ölkənin şərq bölgələrində təxminən 2 milyon nəfər təxliyə edilib.














