OPEC+ səkkizliyinin növbəti görüşü fevralın 1-də keçiriləcək
Gündəm24.az xəbər verir ki, Neft hasilatını könüllü azaldan səkkiz aparıcı OPEC+ ölkəsi onlayn görüş keçirərək 2026-cı ilin birinci rübündə hasilatın artırılmasının dayandırılması qərarını qüvvədə saxlayıb. OPEC-in açıqlamasına görə, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt fevral və mart ayları üzrə neft hasilatı kvotalarını 2025-ci ilin dekabr səviyyəsində saxlayacaq. Qlobal enerji bazarları üçün mühüm əhəmiyyət daşıyan OPEC+ səkkizliyinin növbəti iclası fevralın 1-də keçiriləcək.
Sədaqət Həsənova













