Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qurban Qurbanovun biznes imperiyası – Milyonlar futboldan yox, buradan gəlir

09/05/2026 18:24
Şou-biznes
828 17
Qurban Qurbanovun biznes imperiyası – Milyonlar futboldan yox, buradan gəlir
699
Paylaşım sayı
971
Baxış sayı

Azərbaycan futbolunun ən tanınan siması Qurban Qurbanov uzun illərdir təkcə meydandakı nəticələri ilə deyil, şəxsi nüfuzu, qazancı və biznes fəaliyyəti ilə diqqət mərkəzindədir.

Gündəm24.az  xəbər verir ki, “Qarabağ”ın uğurlarının memarı kimi tanınan təcrübəli mütəxəssis son illərdə əsas işindən kənarda ciddi kommersiya şəbəkəsi formalaşdırmağa başlayıb.

Son olaraq ona məxsus “BMV Box” adlı mağazanın açılması Qurbanovun biznes fəaliyyətinin miqyasını yenidən müzakirəyə çıxarıb.

BMW G30" aksesuarları: 70 AZN - BMW Box Baku - Mağazalar — Bakı, Azərbaycan | 35938704 — Tap.AzYeni mağazada BMV markalı avtomobillər üçün aksesuar və ehtiyat hissələrinin satışı həyata keçiriləcək.

Açılış mərasimində “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, Qurbanovun köməkçisi Elçin Rəhmanov və sabiq dünya çempionu Hacı Əliyev kimi tanınmış simaların iştirakı edib.

Bu nəyi göstərir?

Birmənalı olaraq Qurban Qurbanov artıq yalnız futbol adamı deyil, həm də iş dünyasında tanınma istəyindədir.

Yeni açılan bu məkan Qurban Qurbanova məxsusdur, yoxsa..? -

Əslində, onun biznes fəaliyyəti yeni deyil. Bir müddət əvvəl məlum olmuşdu ki, Qurban Qurbanov idman geyimləri sektoruna da daxil olub. Ona məxsus şirkət “Adidas”, “Joma” və “Jako” kimi məşhur idman brendlərinin Azərbaycandakı rəsmi distribütorlarından biri kimi fəaliyyət göstərməyə başlayıb.

Şirkət artıq yerli futbol klubları ilə əməkdaşlıq edir. “Zirə”, “Turan Tovuz” və “Şəfa” klublarının forma və idman dəstlərini məhz Qurbanovun şirkətindən sifariş etdiyi bildirilir.

Mediada müzakirə doğuran məqamlardan biri isə “Şəfa” klubuna edilən jest olmuşdu. “Jako” formalarının çatdırılması gecikdiyi üçün şirkət müvəqqəti olaraq anbarda olan “Adidas” formalarını kluba təqdim etmişdi.

Qurban Qurbanov yeni biznes qurub – KİVMəhz bu məqam Qurban Qurbanovun biznes modelində münasibətlərə və reputasiyaya xüsusi önəm verməsi kimi qiymətləndirilmişdi.

Qurban Qurbanovun maddi imkanları ilə bağlı rəqəmlər də illərdir ictimai maraq doğurur. Açıq mənbələrdə yer alan məlumatlara görə, o, “Qarabağ”dakı fəaliyyətinə görə aylıq təxminən 50 min avro maaş alır. Bu, illik hesabla 1 milyon manatdan çox gəlir deməkdir və Azərbaycan reallığında bu məbləğ kifayət qədər yüksək göstərici sayılır.

Maraqlıdır ki, milyonluq müqavilələrin sahibi olan Qurbanov özü dəfələrlə kasıb dövrlərini yada salıb. Baş məşqçi müsahibələrinin birində ilk qazancından danışarkən belə demişdi:

“17 yaşım vardı, səhv etmirəmsə, bəlkə də 16. 70 manat maaş almışdım. Zaqatala bazarında evə 40 manatlıq bazarlıq etmişdim”.

Bu sitat onun ictimai obrazında xüsusi yer tutur. Böyük gəlirlərinə baxmayaraq, mediada onun dəbdəbəli həyat nümayiş etdirməməsi də tez-tez vurğulanır.

Qurbanovun ailə və qohumluq əlaqələri də zaman-zaman gündəmə gəlib. Təcrübəli mütəxəssis “Qoç Ət” restoranlar şəbəkəsinin sahibi olan iş adamı (Sənan) ilə quda olub.

Qurban Qurbanov biznesə başladı, Bakıda idman mərkəzi açdıQurban Qurbanov haqqında danışılan ən çox müzakirə olunan məsələlərdən biri isə onun AFFA ilə bağlı qərarıdır. Milli komandadan ayrıldığı dönəmdə ona, müqaviləyə əsasən, 2 milyon manat təzminat ödənilməli idi. AFFA rəhbərliyi həmin məbləği verməyə hazır olduğu bildirilsə də, Qurban Qurbanov bu vəsaitdən imtina etmişdi. Çoxları bunu onun prinsipial mövqeyi kimi qiymətləndirmişdi.

Bu gün Qurban Qurbanovun fəaliyyəti artıq yalnız məşqçiliklə məhdudlaşmır. Futbol akademiyalarından idman geyimlərinə, avtomobil aksesuarlarından biznes əlaqələrinə qədər uzanan geniş bir fəaliyyət dairəsi formalaşır. /Yeni Sabah

Oxşarxəbərlər

Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı – “Şir həmişə şirdir” (VİDEO)
Manşet

Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı – “Şir həmişə şirdir” (VİDEO)

22/09/2026 18:32
997
Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB
Manşet

Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

22/09/2026 18:28
974
“Səni ilk dəfə qucağıma aldığım gün…” – Fatimədən oğluna
Şou-biznes

“Səni ilk dəfə qucağıma aldığım gün…” – Fatimədən oğluna

22/09/2026 15:52
965
“Kişilik xarakterdir, şəxsiyyətdir” – FOTO
Şou-biznes

“Kişilik xarakterdir, şəxsiyyətdir” – FOTO

22/09/2026 15:45
962
Natavan Həbibi yeni görünüşdə – Video
Şou-biznes

Natavan Həbibi yeni görünüşdə – Video

22/09/2026 12:03
1k
“Fərəh söyüş söyüb, mənim nə günahım var?” – Efir qadağasına etiraz etdi
Şou-biznes

“Fərəh söyüş söyüb, mənim nə günahım var?” – Efir qadağasına etiraz etdi

22/09/2026 09:35
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

22/09/2026 21:25
951
“Dünya beşdən böyükdür” deyən Ərdoğan indi də bu çağırışı etdi – BMT silkələnir

“Dünya beşdən böyükdür” deyən Ərdoğan indi də bu çağırışı etdi – BMT silkələnir

22/09/2026 20:51
957
“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır

“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır

22/09/2026 20:29
960
İlham Əliyevdən iqtisadiyyatla bağlı mühüm mesajlar: yeni sənaye mərhələsi başlayır

İlham Əliyevdən iqtisadiyyatla bağlı mühüm mesajlar: yeni sənaye mərhələsi başlayır

22/09/2026 20:25
957

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
965

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.