Qusar rayonu ərazisində kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.
Gündəm24.az DİN-in mətbuat xidmətinin regional qrupundan məlumatına istinadən xəbər verir.
Bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə 22 yaşlı Rzayev soyadlı şəxs saxlanılaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.














