Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara növbəti dəfə müraciət edib.
Bu barədə Gündəm24.az-a idarənin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yol hərəkəti qaydalarının ən kiçik pozuntusu belə bir anda ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Bu məqsədlə də yol polisi piyadaları hərəkət qaydalarına ciddi əməl etməyə və öz təhlükəsizliklərinə məsuliyyətlə yanaşmağa çağırış edib.
Vurğulanıb ki, təhlükəsiz yollar və yol hərəkəti mədəniyyəti hər birimizin məsuliyyətli davranışından başlayır.













