Bazar, Aprel 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qələbəyə gedən yolun il dönümüdür – APREL DÖYÜŞLƏRİ

01/04/2026 10:25
CƏMİYYƏT, Manşet
46 1
Qələbəyə gedən yolun il dönümüdür – APREL DÖYÜŞLƏRİ
60
Baxış sayı

2016-cı ilin aprelində baş verən və Azərbaycan tarixində “Dördgünlük müharibə” kimi tanınan Aprel döyüşləri 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra təmas xəttində yaşanan ən genişmiqyaslı və ən şiddətli hərbi qarşıdurma kimi yadda qalıb.

 

Aprelin 1-dən 2-nə keçən gecə cəbhədə başlayan döyüşlər dörd gün davam edib və Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib. Bu döyüşlər həm regionda hərbi-siyasi balansı dəyişib, həm də Azərbaycanın işğalla barışmayacağını bütün dünyaya nümayiş etdirib. Eyni zamanda, Aprel döyüşləri 2020-ci il Vətən müharibəsinə aparan yolun başlanğıcı kimi tarixi əhəmiyyətə malikdir.

 

Gündəm24.az  xəbər verir ki, dörd gün ərzində döyüşlər əsasən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində, ümumilikdə 257 kilometrlik təmas xətti boyunca aparılıb. Döyüşlərin başlanması Ermənistan silahlı qüvvələrinin təxribatları ilə müşayiət olunurdu. Azərbaycan mövqeləri və yaşayış məntəqələri güclü artilleriya atəşinə tutulub, dinc sakinlər arasında itkilər qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin ən gərgin sahələrində Azərbaycan birlikləri artilleriya bölmələri və digər qoşun növlərinin birgə fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinə qarşı qısa müddətdə cavab tədbirləri həyata keçirib. Ermənistanın müxtəlif istiqamətlərdə yerləşən mövqeləri Azərbaycan ordusunun cavab atəşi ilə susdurulub. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri bir sıra strateji əraziləri düşməndən azad etdi. Xüsusilə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunda Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndlərinə aparan yollar azad edilib. Lələtəpə yüksəkliyinin azad olunması strateji baxımdan dönüş nöqtəsi idi və ətraf ərazilərə nəzarət imkanını genişləndirib. Bu yüksəklik həmçinin Cocuq Mərcanlı kəndinin bərpasına və sakinlərin doğma yurdlarına qayıdışına şərait yaradıb.

 

Azərbaycan Ordusunun rəsmi məlumatına görə, döyüşlər nəticəsində təxminən 2,000 hektar ərazi azad edilib. Ermənistan tərəfi isə bunun yalnız 800 hektar olduğunu və strateji əhəmiyyət daşımadığını iddia edib. Aprel döyüşləri başlamazdan əvvəl Azərbaycan Ordusunun diversiya qrupları cəbhənin dərinliyinə sızaraq bir sıra əməliyyatlar həyata keçirmib. Bu əməliyyatlar arasında ən diqqətçəkəni Əsgəran bölgəsindəki hava hücumundan müdafiə sistemlərinin radar qurğusunun məhv edilməsi idi. Döyüşlərin gedişində isə Talış və Seysulan kəndləri ətrafındakı yüksəkliklər, Füzuli istiqamətində isə Ermənistanın pilotsuz uçuş aparatları Azərbaycan tərəfindən məhv edilib. Aprelin 4-də Ermənistan tərəfi itirilmiş mövqelərini geri qaytarmaq üçün əks-hücum cəhdləri etsə də, ciddi nəticə əldə edə bilməyib. Aprelin 5-də isə Ağdərə istiqamətində strateji əhəmiyyətli obyektlərə endirilən zərbə nəticəsində qarşı tərəf canlı qüvvə və texnika itkisi verib. Azərbaycan Ordusunun nümayiş etdirdiyi peşəkarlıq beynəlxalq ekspertlərin də diqqətindən yayınmayıb.

 

 

Müdafiə naziri Zakir Həsənov Azərbaycan ordusunun Ermənistanın müdafiə xətti kimi tanınan “Ohanyan səddi”ni qısa müddətdə yardığını açıqlayıb. Eyni zamanda, Aprel döyüşləri ordunun döyüş hazırlığının, müasir silah sistemlərindən istifadənin və koordinasiyalı əməliyyat idarəçiliyinin əyani nümayişi olub. Dörd gün davam edən döyüşlər zamanı hər iki tərəfdən hərbçilər və mülki şəxslər daxil olmaqla təxminən 350 nəfər həyatını itirib. Döyüşlərin genişlənməsi beynəlxalq aləmdə də narahatlıq yaratdığı üçün, aprelin 5-də tərəflər arasında Moskva şəhərində razılaşma əldə edilib və saat 12:00-dan etibarən hərbi əməliyyatlar dayandırılıb. Lakin razılaşmadan dərhal sonra atəşkəs pozuntuları davam edib, xüsusilə Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri Ermənistan tərəfindən atəşə tutulub. Aprel döyüşləri sonradan 2020-ci ildə baş verən Vətən müharibəsinə aparan yolun başlanğıcı oldu. Bu dörd gün Azərbaycan Ordusunun gücünü, xalqın iradəsini və ölkənin ərazi bütövlüyü uğrunda qətiyyətini nümayiş etdirdi. Tarixi əhəmiyyət baxımından Aprel döyüşləri yalnız qısa müddətli hərbi əməliyyat kimi deyil, Azərbaycanın müasir tarixində dönüş nöqtəsi və qələbəyə aparan yolun ilk böyük addımı kimi yadda qalıb./Sfera.az/

Oxşarxəbərlər

Bu yol 2 gün bağlı olacaq
CƏMİYYƏT

Bu yol 2 gün bağlı olacaq

12/04/2026 17:27
57
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi
CƏMİYYƏT

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

12/04/2026 16:39
59
Qəbir BİZNESİ – İnsanlar ölümdə də DƏB AXTARIRLAR
CƏMİYYƏT

Qəbir BİZNESİ – İnsanlar ölümdə də DƏB AXTARIRLAR

12/04/2026 14:00
65
Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

12/04/2026 13:23
62
Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək
CƏMİYYƏT

Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək

12/04/2026 13:09
61
Müdafiə Nazirliyindən həftəlik icmal – VİDEO
CƏMİYYƏT

Müdafiə Nazirliyindən həftəlik icmal – VİDEO

12/04/2026 12:10
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

SEPAH Trampa xəbərdarlıq edib

SEPAH Trampa xəbərdarlıq edib

12/04/2026 19:24
52
İranı bir günə məhv edə bilərdim- ABŞ Prezidenti

İranı bir günə məhv edə bilərdim- ABŞ Prezidenti

12/04/2026 19:20
52
ABŞ bombardmançıları İran SƏMASINDA – BAŞLAYIR

ABŞ bombardmançıları İran SƏMASINDA – BAŞLAYIR

12/04/2026 19:13
52
İslamabadda Əraqçi və Uitkoff arasında SÖZ DAVASI

İslamabadda Əraqçi və Uitkoff arasında SÖZ DAVASI

12/04/2026 18:40
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
65

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
124

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
137

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.