ABŞ ordusunun Ekvadorda yerli qüvvələrin iştirakı ilə hərbi əməliyyat başlatdığı bildirilir.
Gündəm24.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ Cənub Komandanlığı və Ekvador silahlı qüvvələri birgə əməliyyatlara başlayaraq bölgədə terror təşkilatlarına qarşı hərəkətə keçiblər. Komandanlıq bu əməliyyatı Latın Amerikası tərəfdaşları ilə narkotik və terrorizmə qarşı mübarizənin nümunəsi kimi qiymətləndirib. Keçən ildən başlayan hərbi hazırlıqlar beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı addım hesab olunur.
Sədaqət Həsənova














