Azərbaycan-Gürcüstan sərhədində bu il noyabrın 11-də qəzaya uğrayan Türkiyənin “C-130” hərbi yük təyyarəsinin qalıqlarının araşdırılması başa çatıb. Bu barədə İHA məlumat yayıb.
Gündəm24.az xəbər verir ki, məlumatda bildirilir ki, qəzanın nəticələrinin aradan qaldırılması üzrə yaradılmış qrup öz vəzifəsini uğurla yerinə yetirərək Türkiyəyə geri dönüb. Qəza ilə bağlı əhəmiyyətli tapıntıların aşkar olunduğu qeyd edilir.
Təyyarənin qalıqları ətraflı təhlil üçün Kayseridə yerləşən 2-ci Hava Texniki Xidmət Zavodu İdarəsinə daşınma prosesinə davam edilir.














