İsrailin Baş naziri Binyamin Netanyahu yanvarın 24-də Yerusəlimdə ABŞ-ın xüsusi elçisi Stiv Vitkov və sahibkar Cared Kuşneri qəbul edərək Qəzza sülh planının ikinci mərhələsini müzakirə edəcək.
Gündəm24.az xəbər verir ki, N12 və Ynet portallarının məlumatına görə, ABŞ nümayəndələri Rəfah keçidinin tam açılmasını və Sülh Şurasının himayəsi altında Fələstin anklavının yenidən qurulmasını gündəmə gətirəcək, Vaşinqton isə HƏMAS-ın saxladığı girov cəsədini qaytarmadan bu addımın atılmasını istəyir.
Qeyd olunur ki, oktyabrdan bəri İsrail və HƏMAS dolayısı ilə danışıqları bərpa edib, atəşkəs razılaşmaları həyata keçirilib və birinci mərhələ çərçivəsində girovlar azad olunub, cəsədlər təhvil verilib; ikinci mərhələ isə İsrail qoşunlarının geri çəkilməsi, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi və Sülh Şurası daxil olmaqla anklav idarəetmə strukturlarının yaradılmasını nəzərdə tutur.
Sədaqət Həsənova













