Şənbə, Aprel 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ramiz Mehdiyevlə bağlı yeni mərhələ başlayır: hədəf göstərildi – Araşdırma…

28/11/2025 16:00
Gündəm, Manşet
52 2
Ramiz Mehdiyevlə bağlı yeni mərhələ başlayır: hədəf göstərildi – Araşdırma…
68
Baxış sayı

Binəqədidə “Lake Hotel”də baş verən faciə ilə bağlı araşdırmalar yeni müzakirələr yaradıb. Məlum olub ki, illər əvvəl icazəsiz çəkilən yüksək gərginlikli xətt Ramiz Mehdiyevin ailəsinə məxsus torpaq və biznes obyektlərini təmin edir. Yayılan xəbərlər hazırda sabiq Prezident Administrasiyası rəhbərinin biznes fəaliyyətləri ilə bağlı yeni suallar doğurub.

Mehdiyevin ailəsinə bağlı digər layihələr və obyektlərdə də oxşar qanun pozuntuları aşkarlansa, bu hansı hüquqi və siyasi nəticələrə yol aça bilər?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, heç bir cəmiyyət bədbəxt hadisələrdən tam sığortalanmayıb:

“Lakin belə faciələrin qarşısını almaq üçün müvafiq dövlət qurumları və səlahiyyətli şəxslər mümkün olan bütün tədbirləri görməli, itkilər minimuma endirilməlidir. Təəssüf ki, son hadisələr bunun əksini göstərir. Binəqədidəki “Lake Hotel” faciəsi, eləcə də Yasamaldakı yanğın zamanı baş verənlər bir daha sübut edir ki, bəzi vəzifəli və ya səlahiyyətli şəxslərin qanunsuz addımları ağır fəsadlara gətirib çıxarır”.

Ramiz Mehdiyevlə bağlı yeni mərhələ başlayır: hədəf göstərildi – Araşdırma...

Xəyal Bəşirov

Hüquqşünas bildirib ki, “Lake Hotel”dəki hadisədə Ramiz Mehdiyevin izinin olması ehtimalı hüquqi müstəvidə araşdırılmalıdır:

“Əgər deyilənlər təsdiqini taparsa, kimliyindən asılı olmayaraq, prosesdə məsuliyyəti olan hər kəs qanun qarşısında cavab verməlidir. Prezident dəfələrlə vurğulayıb ki, heç kimin keçmiş xidmətləri nəzərə alınmır, hamı qanun qarşısında bərabərdir və səlahiyyətlər şəxsi maraqlar üçün sui-istifadə vasitəsi ola bilməz. Əksinə, yüksək vəzifə dövlətə və xalqımıza daha yaxşı xidmət göstərmək üçün imkan yaradır. Lakin təcrübə göstərir ki, bəzi məmurlar səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə edirlər”.

X.Bəşirovun fikrincə, yüksək gərginlikli elektrik xəttinin çəkilməsi prosesi ilə bağlı iddialar vaxtilə belə qanunsuz göstərişlərin verildiyini göstərir:

“Yaşayış və qeyri-yaşayış obyektlərinin yaxınlığından keçən bu xəttin təhlükə mənbəyinə çevrilməsi, yalnız kiminsə bağ evində rahat yaşayışı təmin etmək məqsədi daşıyırdısa, bu, artıq ciddi hüquq pozuntusudur. Hadisə nəticəsində dörd nəfərin həyatını itirməsi ilə bağlı cinayət işi başlanıb və araşdırmalar zamanı həmin elektrik xəttinin qanunsuz çəkilməsi faktı təsdiqlənərsə, o prosesdə iştirak edən, rəhbərlik edən və göstəriş verən şəxslərin hamısı müəyyən olunacaq. Əgər faciə baş veribsə və bununla bağlı cinayət işi qaldırılıbsa, araşdırmanın sonunda təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi qaçılmazdır. Bu proses gec-tez mütləq hüquqi qiymətini alacaq”.

Oxşarxəbərlər

Baş nazir yeni əmr imzaladı
Manşet

Baş nazir yeni əmr imzaladı

24/04/2026 16:06
54
Əli Əsədov əmr imzaladı
Manşet

Əli Əsədov əmr imzaladı

24/04/2026 15:59
55
İlham Əliyev fərman imzaladı
Manşet

İlham Əliyev fərman imzaladı

24/04/2026 13:50
56
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Prezident Samir Şərifova yeni vəzifə verdi – SƏRƏNCAM
Manşet

Prezident Samir Şərifova yeni vəzifə verdi – SƏRƏNCAM

24/04/2026 12:28
56
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
Manşet

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

24/04/2026 12:19
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Özəl baxçalarda uşaqlar nə yeyir?

Özəl baxçalarda uşaqlar nə yeyir?

25/04/2026 12:36
50
Bakıda FACİƏ: fəhlə ÖLDÜ

Bakıda FACİƏ: fəhlə ÖLDÜ

25/04/2026 11:57
50
Rusiya “gizli dərman” üzərində işləyir

Rusiya “gizli dərman” üzərində işləyir

25/04/2026 11:36
50
Bakıda avtobus kişini vuraraq öldürdü

Bakıda avtobus kişini vuraraq öldürdü

25/04/2026 11:24
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
66

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
76

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.