Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Regionda yeni qarşıdurma: Xəbər yayıldı, təşviş başladı – Zəngəzur detalı

01/12/2025 19:15
Dünya
826 8
Regionda yeni qarşıdurma: Xəbər yayıldı, təşviş başladı – Zəngəzur detalı
690
Paylaşım sayı
959
Baxış sayı

ABŞ və İsrailin birlikdə İrana qarşı yeni genişmiqyaslı hücum planı hazırladığına dair iddialar artır. Analitiklərin fikrincə, hər hansı genişmiqyaslı hərbi əməliyyat yalnız Yaxın Şərqdə deyil, qonşu bölgələrdə, o cümlədən Cənubi Qafqazda da nəticələr doğura bilər.

Xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində hazırlıqların görüldüyü bir şəraitdə belə bir münaqişənin regional strateji nəqliyyat marşrutlarına, enerji təhlükəsizliyinə və ticarət əlaqələrinə ciddi təsir göstərməsi mümkündür. Bu prosesin həm regional dövlətlər arasında güc balansını dəyişdirməsi, həm də ABŞ–İsrail ittifaqı ilə İran arasındakı geosiyasi oyunlarda yeni mərhələnin başlanmasına zəmin yaratması gözləniləndir.

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ–İsrail ittifaqının İrana qarşı müharibəyə başlamaq niyyəti beynəlxalq hüququn əsas prinsiplərinin ciddi şəkildə pozulması anlamına gəlir:

“Müstəqil bir ölkəyə qarşı təcavüz yolverilməzdir və bu, dünyada daha faciəli presedentlərin yaranmasına yol açır. İyun ayının 13-də başlayan və 12 gün davam edən İsrail–İran müharibəsi regionda, eləcə də dünyada kifayət qədər böyük gərginlik yaratdı. Lakin tərəflərdən heç biri məqsədinə nail ola bilmədi. İran özünü məğlub hesab etmədi, İsrail isə İranın bütün zərbələrinə baxmayaraq qalib gəldiyini bildirdi. Bu situasiya Tehran və Təl-Əviv arasında yaxın zamanda təkrar müharibənin yaşayacağını proqnozlaşdırmağa imkan verirdi. Məsələ ondadır ki, indi başlaya biləcək müharibə əvvəlkindən daha genişmiqyaslı olacaq. Artıq İranın da öz müttəfiqləri formalaşıb. Çin və Rusiya Tehrana açıq dəstək verə bilər. Həmçinin İsrailin də başda ABŞ olmaqla tərəfdaşları var.

Regionda yeni qarşıdurma: Xəbər yayıldı, təşviş başladı - Zəngəzur detalı
Mütəllim Rəhimli

Lakin ərəb ölkələrinin alovlana biləcək yeni müharibəyə mövqeyi hələ sual altındadır. Əgər İran kifayət qədər müqavimət göstərə və sarsıdıcı zərbələr endirə bilsə, ərəb dövlətlərinin islam həmrəyliyi səbəbindən İranı müdafiə etməyə meyilli olmaları mümkündür. Bu isə regionun siyasi mənzərəsinin ciddi şəkildə dəyişməsi ilə nəticələnər. Müharibənin yalnız İsrailin qələbəsi ilə nəticələnəcəyini düşünmək yanlışdır; qarşıdurma Təl-Əvivin məğlubiyyəti ilə də yekunlaşa və regional siyasi xəritəni tamamilə dəyişdirə bilər.

Həmçinin, İranın parçalanması ehtimalı da müzakirə mövzusudur. Belə bir ssenari reallaşarsa, bu, böyük Türk dünyasının birləşməsinə təsir göstərər. Digər tərəfdən, regionda Türkiyə kifayət qədər nüfuza malikdir və bu münaqişədə mövqeyi həlledici rol oynaya bilər. Türkiyə bitərəfliyini qoruyacaq, yoxsa kəskin qərarlar verəcək – bu, hələlik regionun gələcək siyasi mənzərəsi üçün kritik sualdır”.

Oxşarxəbərlər

Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR
Dünya

Bakının məşhur qonaqları: Şakira 6 aylıq hamilə ikən gəldi, səhnəyə çıxdı – FOTOLAR

21/09/2026 08:00
953
Araqçi Nyu-Yorka gedir
Manşet

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
954
Fransa və Kanada enerji cəbhəsində birləşir
Manşet

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
957
İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski
Manşet

İndicə Trampla danışdım: çox vacib söhbət oldu – Zelenski

21/09/2026 00:29
955
“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Manşet

“Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi

20/09/2026 23:02
959
Ərbil hava limanı PUA hücumu
Manşet

Ərbil hava limanı PUA hücumu

20/09/2026 21:33
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

21/09/2026 09:51
952
İş adamının nəvəsi qonşusunu güllələdi

İş adamının nəvəsi qonşusunu güllələdi

21/09/2026 09:50
953
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ

21/09/2026 09:34
952
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

21/09/2026 09:21
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
952

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
961

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.