Dronların düşməsi bəzi sənaye müəssisələrindəki binaların alovlanmasına səbəb oldu.
Gündəm24.az xəbər verir ki, Rusiyanın cənubundakı Rostov-Don şəhərinə dron hücumu nəticəsində bir neçə mənzil binasına ziyan dəyib. Bu barədə şəhər administrasiyasının rəhbəri Aleksandr Skryabin bildirib.
“Şəhərin qərb hissəsi hücuma məruz qalıb. Bir neçə mənzil binasına ziyan dəyib. Bundan əlavə, dronların düşməsi sənaye ərazisindəki bəzi binaların alovlanmasına səbəb olub. Yanğının söndürülməsi üçün səylər göstərilir”, – deyə o, Telegram-da yazıb.
Sədaqət Həsənova














