Andrey Belousov qeyd edib ki, KTMT böhranlara cavab sistemini qurub və təkmilləşdirməyə davam edib, kollektiv qüvvələr formalaşdırıb və müntəzəm olaraq döyüş təlimləri keçirib.
Gündəm24.az TASS‑a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın müdafiə naziri Andrey Belousov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalətbek Masadıkovla danışıqlar aparıb.
Belousov bildirib ki, “Təşkilatın mövcud olduğu illər ərzində onun hərbi imkanlarının inkişaf etdirilməsi üçün çox iş görülüb”. O, qeyd edib ki, KTMT böhranlara cavab sistemini yaradıb və təkmilləşdirməyə davam edir, kollektiv qüvvələr formalaşdırıb və müntəzəm olaraq döyüş təlimləri keçirir.
Sədaqət Həsənova














