Çərşənbə, Fevral 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiya Qarabağı Zəngəzurla “dəyişdi” – Kremlin daha bir hədəfi…

01/12/2025 15:05
Gündəm
40 3
Rusiya Qarabağı Zəngəzurla “dəyişdi” – Kremlin daha bir hədəfi…
54
Baxış sayı

Rusiya–Azərbaycan münasibətlərinin son zamanlar sakit görünməsinə baxmayaraq, Kremlin müəyyən planlarının olduğuna dair siqnallar var. Xüsusən Zəngəzur dəhlizi mövzusunda Moskva üçün həllini tapmayan məsələlərin olduğu deyilir.

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, siyasi şərhçi Elnur Ənvəroğlu hesab edir ki, Rusiya–Azərbaycan münasibətləri sabit görünsə də, arxa planda ziddiyyətlər də mövcuddur:

“Rusiyanın uzun müddətdir Qərb cəbhəsində müharibələrə fokuslanması onun digər regionlarda (bu Yaxın Şərq – Suriya da ola bilər) və postsovet ölkələri üzərində təsirini zəiflədib. Xüsusilə də Mərkəzi Asiya, hətta Ermənistan kimi hələ də Rusiyadan iqtisadi asılılığı olan ölkələr bu gün Kremlə xoş gəlməyən müstəqil siyasət yürüdür.

Ümumiyyətlə, Rusiyanın avtoritar siyasətinə görə, postsovet ölkələri onun orbitindən kənara çıxa bilməz. Bu diktə tərzi Rusiya-Ukrayna müharibəsinə qədər daha açıq sezilirdi. Amma müharibənin təsirləri Moskvanı bir qədər geri addımlamağa məcbur etdi. Çünki Rusiya üçün bir əraziyə nəzarət onun hərbi kontingentinin və siyasi dairələrinin həmin ərazidə mövcud olması ilə hasil olur. Ermənistanın sərhədlərinin və Gümrüdəki 102 saylı hərbi bazanın hələ də mövcud olması buna açıq misaldır. Eyni zamanda Rusiya hər zaman keçmiş münaqişələri əlində rıçaq kimi saxlayır. Qarabağ münaqişəsinin doğru zamanda öz həllini tapmasına baxmayaraq, Kreml hələ də bunu tərəflər arasında gərginlik tempini idarə etmək üçün bir vasitə kimi görür”.

Rusiya Qarabağı Zəngəzurla "dəyişdi" - Kremlin daha bir hədəfi...
Elnur Ənvəroğlu

Siyasi şərhçi bildirib ki, həm Moskva ilə Bakı arasında daha əvvəl baş verən gərginlik, həm də bu gün Ermənistan daxilində baş nazir Nikol Paşinyana qarşı aparılan kampaniya və etirazlar məhz Qarabağ məsələsi üzərində köklənib:

“Yəni Kreml Ukrayna müharibəsində öz xeyrinə dönüş əldə edərsə, bu, onun cənub qonşularına qarşı, hətta Mərkəzi Asiya istiqamətində gərginliyi davam etdirməsinə zəmin yarada bilər.

Bu halda Qazaxıstanın da Moskvanın hədəflərindən biri olması mümkündür. Çünki Rusiyanın məqsədi bu gün Şərqlə Qərb arasında böyük nəqliyyat marşrutuna nəzarət etməkdir. Bu isə onun daha böyük strateji maraqlarını, yəni Qərbin bütün imkanlarının Rusiyanın üzərindən keçməsini təmin etmək cəhdini göstərir. Məhz ona görə Moskva ən kiçik, lakin ən əhəmiyyətli seqment olan Zəngəzur dəhlizi üzərində “payının” olduğunu tez-tez dilə gətirir.

Bir sözlə, Ukrayna müharibəsində Rusiyanın avantaj əldə etməsi gələcəkdə geosiyasi xəritələrin dəyişməsi və ən yaxşı halda Cənub və Mərkəzi Asiya regionlarında yeni cəbhənin meydana gəlməsi ilə nəticələnə bilər”.

Oxşarxəbərlər

Leyla Əliyeva Şahin Allahyarovun ailəsini ziyarət etdi – VİDEO
Gündəm

Leyla Əliyeva Şahin Allahyarovun ailəsini ziyarət etdi – VİDEO

25/02/2026 09:56
51
“HALAL” sertifikatı verilən müəssisələrin sayı açıqlandı
Gündəm

“HALAL” sertifikatı verilən müəssisələrin sayı açıqlandı

25/02/2026 09:50
52
“F-16″da həlak olan pilotun FOTOSU
Gündəm

“F-16″da həlak olan pilotun FOTOSU

25/02/2026 09:43
51
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Gündəm

AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama

25/02/2026 09:30
52
Leyla və Alena Əliyevalar Qubada – FOTOLAR
Gündəm

Leyla və Alena Əliyevalar Qubada – FOTOLAR

25/02/2026 09:25
51
Moskvada Leyla Əliyeva adından iftar verildi – FOTOLAR
Gündəm

Moskvada Leyla Əliyeva adından iftar verildi – FOTOLAR

25/02/2026 09:16
51

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Leyla Əliyeva Şahin Allahyarovun ailəsini ziyarət etdi – VİDEO

Leyla Əliyeva Şahin Allahyarovun ailəsini ziyarət etdi – VİDEO

25/02/2026 09:56
51
“HALAL” sertifikatı verilən müəssisələrin sayı açıqlandı

“HALAL” sertifikatı verilən müəssisələrin sayı açıqlandı

25/02/2026 09:50
52
“F-16″da həlak olan pilotun FOTOSU

“F-16″da həlak olan pilotun FOTOSU

25/02/2026 09:43
51
Trampın çıxışı zamanı gərginlik: bəzi etirazçılar zaldan çıxarıldı

Trampın çıxışı zamanı gərginlik: bəzi etirazçılar zaldan çıxarıldı

25/02/2026 09:38
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

24/02/2026 16:16
54

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

24/02/2026 15:59
52

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

24/02/2026 15:58
52

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

24/02/2026 15:45
52

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In