15 may gecəsi Rusiyanın Ryazan şəhərinə edilən pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində 8 yaşlı Azərbaycan vətəndaşı həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, hücum zamanı şəhərdə bir sıra güclü partlayışlar qeydə alınıb. Hadisə nəticəsində ümumilikdə dörd nəfər, o cümlədən bir uşaq həyatını itirib, 28 nəfər isə yaralanıb.
Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalar aparıldığını bildiriblər.













