Şənbə, İyul 11, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb — FOTOLAR

18/12/2025 12:05
Mədəniyyət
59 1
Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisi açılıb — FOTOLAR
76
Baxış sayı

Azərbaycan Milli İncəsənət Muzeyində əvəzolunmaz səsi və mahnıları ilə Azərbaycan musiqisini dünyaya tanıdan ölməz sənətkar Rəşid Behbudovun 110 illiyinə həsr olunan “Səsin rəngi” sərgisinin açılışı olub.

Gündəm24.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi, Rəşid Behbudov Fondunun təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən sərgidə muzey, Dövlət Rəsm Qalereyası və R.Behbudovun şəxsi kolleksiyasından seçilmiş sənət nümunələri yer alıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli sərgi barədə məlumat verib. Nazir vurğulayıb ki, sərginin məqsədi sənətkarın zəngin irsinin cəmiyyətə çatdırılması və gələcək nəsillərə ötürülməsidir.

“Bu prosesdə özəl sektorun mədəniyyətə və incəsənətə göstərdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə də bu cür layihələrin sayı çox olacaq. Azərbaycan dövləti mədəniyyət xadimlərinin irsinin qorunması və yaşadılması üçün daim diqqət və qayğı göstərir. Bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Azərbaycan musiqi mədəniyyətinin dünyada elçisi kimi tanınan dahi sənətkar Rəşid Behbudovun irsinin yaşadılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Sənətkarın dünyaya səs salmış, özünəməxsus üsluba malik incəsənəti Azərbaycanı beynəlxalq miqyasda tanıdıb və onun irsi həm ölkəmizdə, həm də xaricdə geniş şəkildə təqdim olunur”, – deyə A.Kərimli əlavə edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) direktoru Şirin Məlikova sərgidə Rəşid Behbudovun musiqi dünyasının simasını, onun sənətkar obrazını, həyat və yaradıcılığını təsviri sənətin dili ilə tamaşaçılara təqdim etməyə çalışdıqlarını bildirib.

Muzeydə Rəşid Behbudovun şəxsi kolleksiyasına aid zəngin fotoarxivin də sərgiləndiyini diqqətə çatdıran Ş.Məlikova deyib: “Bu fotolar vasitəsilə onun həyatının ən parlaq məqamlarına nəzər salmaq olar. Həmçinin sənətkarın şəxsi əşyaları da ilk dəfə ictimaiyyətə təqdim edilir. Onun əlyazmaları, ömrünün son illərində qələmə aldığı məktublar, daim özü ilə daşıdığı kiçik təsbeh və digər nadir nümunələr sərginin əsas eksponatları sırasındadır. Təbii ki, Rəşid Behbudovun səsi də bu sərginin ayrılmaz hissəsidir. Onun filmlərindən və səhnə çıxışlarından seçilmiş fraqmentlər nümayiş etdirilir”.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimov söyləyib ki, Rəşid Behbudov yaradıcılığı təkcə bir dövrün deyil, bütövlükdə milli mədəniyyətimizin ifadəsidir.

“O, Azərbaycan mədəni kimliyinin ayrılmaz tərkib hissəsi, milli musiqi tariximizin zirvələrindən biridir. Unudulmaz sənətkarımızın anadan olmasının 110 illiyi münasibətilə bu gün təqdim olunan videoda da qısa şəkildə izlədiyimiz rəsm əsəri xüsusi məna daşıyır”,- deyə o vurğulayıb.

Nümayiş olunan əsərin sərgidən sonra Şuşaya aparılacağını nəzərə çatdıran A.İbrahimov əlavə edib: “Əsəri Şuşa Rəsm Qalereyasına hədiyyə edəcəyik. Bərpa işi yaddaşlardan, xatirələrdən, mənəvi irsdən toplanaraq yenidən həyata qaytarılmış dəyərdir. Rəşid Behbudovun bu portretində yalnız onun surəti deyil, eyni zamanda ruhu, sənətinin gücü və yaşadıcı enerjisi də əks olunub. İndiki və gələcək nəsillər bu portretə tarixi yaddaşımızın canlı nümunəsi kimi baxacaqlar. Bu tədbir bir daha göstərir ki, mədəni irsin qorunması və inkişafı təkcə mədəniyyət qurumlarının işi deyil. Bu, cəmiyyətin bütün təbəqələrinin – o cümlədən bank sektorunun, özəl sektorun və ümumilikdə bütün ictimai institutların ortaq məsuliyyəti və ümumi işidir. Biz də bu yanaşmanı uzunmüddətli sosial məsuliyyət siyasətimizin ayrılmaz tərkib hissəsi kimi qəbul edirik. Çünki bizim üçün inkişaf yalnız artan iqtisadi göstəricilər və müsbət proqnozlarla deyil, eyni zamanda milli-mənəvi dəyərlərə sahib çıxmaq, onları qorumaq və yaşatmaqla ölçülür”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov, ali dərəcəli bərpaçı, Əməkdar rəssam Natiq Səfərov, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev də sərgi haqqında fikirlərini bildiriblər.

Sərgi dekabrın 31-dək davam edəcək.



















Oxşarxəbərlər

Ruhəngiz Allahverdiyeva tənqidlərə sərt cavab verdi
Mədəniyyət

Ruhəngiz Allahverdiyeva tənqidlərə sərt cavab verdi

04/07/2026 15:24
63
Könül Xasıyevadan tənqidlərə belə CAVAB VERDİ
Mədəniyyət

Könül Xasıyevadan tənqidlərə belə CAVAB VERDİ

01/07/2026 09:16
57
Flora Kərimova ilə bağlı MƏLUMAT yayıldı
Mədəniyyət

Flora Kərimova ilə bağlı MƏLUMAT yayıldı

19/06/2026 11:17
65
Flora Kərimova ilə bağlı ÜZÜCÜ XƏBƏR – FOTO
Mədəniyyət

Flora Kərimova ilə bağlı ÜZÜCÜ XƏBƏR – FOTO

13/06/2026 20:28
77
Mədəniyyət Nazirliyindən Laçınla bağlı yeni qərar – 25 iyun saat 15:00-da…
Mədəniyyət

Mədəniyyət Nazirliyindən Laçınla bağlı yeni qərar – 25 iyun saat 15:00-da…

30/05/2026 16:21
66
Şuşa Dövlət Teatrında Sabir Rüstəmxanlı poetik rüzgarı – VİDEO
Mədəniyyət

Şuşa Dövlət Teatrında Sabir Rüstəmxanlı poetik rüzgarı – VİDEO

13/05/2026 16:33
68

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hava pisləşəcək: İntensiv yağış, sel keçəcək

Hava pisləşəcək: İntensiv yağış, sel keçəcək

10/07/2026 18:00
50
“Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə”

“Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə”

10/07/2026 16:46
50
Azərbaycan Çindən dondurma tədarükünü bərpa edib

Azərbaycan Çindən dondurma tədarükünü bərpa edib

10/07/2026 16:17
50
Bu ərazilərdə mülkü olanlara kompensasiya ödəniləcək

Bu ərazilərdə mülkü olanlara kompensasiya ödəniləcək

10/07/2026 14:41
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
67

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
71

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
76

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.