Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Sabah Residence” küləyə tab gətirmədi – VİDEO

08/09/2026 12:24
Hadisə, Manşet
808 25
“Sabah Residence” küləyə tab gətirmədi – VİDEO
689
Paylaşım sayı
957
Baxış sayı
Bakının Bayıl qəsəbəsində yerləşən və premium yaşayış kompleksi kimi təqdim olunan “Sabah Residence” bu dəfə fasad problemi ilə gündəmə gəlib.

Gündəm24.az  bildirir ki, sentyabrın 7-də paytaxtda güclənən külək nəticəsində binanın fasad örtüyünün bir hissəsi qoparaq yerə düşüb. Hadisə zamanı xəsarət alan olmadığı bildirilir. Maraqlıdır ki, söhbət sıradan bir yaşayış binasından yox, özünü yüksək standartlar, müasir texnologiyalar və premium həyat tərzi ilə təqdim edən kompleksdən gedir. Layihənin rəsmi təqdimatında “Sabah Residence” üçün müasir memarlıq, yüksək texnoloji standartlar və rahatlıq xüsusi vurğulanır. Kompleksin fasadının renovasiyasını həyata keçirən şirkət isə istifadə olunan fiber-beton materialının yüksək davamlılığı və hava şəraitinə qarşı dayanıqlılığı ilə seçildiyini bildirir.

Belə olan halda ortaya kifayət qədər ciddi sual çıxır: əgər fasad həqiqətən yüksək davamlı və hava təsirlərinə davamlı materiallarla hazırlanıbsa, adi güclü külək zamanı onun bir hissəsinin qopmasına nə səbəb olub?

Məsələnin yalnız küləyin gücü ilə izah edilməsi də kifayət qədər əsaslı görünmür. Çünki çoxmərtəbəli yaşayış binalarında fasad elementlərinin bərkidilməsi, konstruksiyanın külək yüklərinə hesablanması və materialların təhlükəsizliyi birbaşa insanların həyat və sağlamlığı ilə bağlı məsələdir. Üstəlik, “Sabah Residence”in adı ilk dəfə deyil ki, narazılıqlar və mübahisələrlə gündəmə gəlir. 2018-ci ildə Bayıl sakinləri kompleksin tikintisi ilə əlaqədar evlərinin sökülməsi, kompensasiya və mülkiyyət hüquqları ilə bağlı narazılıqlarını ifadə ediblər. Həmin dövrdə bir sıra sakinlər şirkətlə məhkəmə çəkişməsində olduqlarını bildiriblər. Daha əvvəl kompleksin tikintisində çalışan ekskavator operatoru Qafarov Ədalətin də iş zamanı xəsarət aldığını və sonradan müalicə xərcləri ilə bağlı şirkətdən narazı qaldığını bildirdiyi barədə məlumat yayılıb.

2023-cü ildə “Fortis Group” MMC-nin “Sabah Residence” MTK-nı məhkəməyə verdiyi barədə məlumat yayılıb. İş müqavilə öhdəliklərindən, o cümlədən alqı-satqı müqavilələrindən irəli gələn mübahisə ilə bağlı olub. 2024-cü ildə isə “Almet Holding” MMC-nin “Sabah Residence” MTK-ya qarşı məhkəməyə müraciət etdiyi barədə məlumat dərc edilib. Həmin iş korporativ mübahisə kimi təqdim olunub.

“Sabah Residence” kimə məxsusdur?

Mediada yayılan məlumatlara görə, “Sabah Residence” MTK-nın təsisçisi “Qala Group” MMC-dir. Şirkətin direktoru və qanuni təmsilçisi kimi isə Abil Səfərov göstərilir. Məlumatlara əsasən, “Qala Group” MMC-nin təsisçisi və müşahidə şurasının sədri Orxan Mustafayevdir. O, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevin və IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğlu kimi təqdim olunur. Mediada yer alan məlumatlarda həmçinin “Qala Group” MMC və “Sabah Residence” MMC-nin “İdeal Concept Group” şirkətinə daxil olduğu, Orxan Mustafayevin isə həmin şirkətin prezidenti olduğu qeyd edilir.

İndi isə yeni sual ortaya çıxır: illərdir “premium”, “müasir” və “yüksək standartlı” yaşayış kompleksi kimi təqdim olunan binanın fasadı niyə küləyə tab gətirməyib?

Ən vacibi isə budur: bu dəfə heç kimin xəsarət almaması problemin kiçik olması demək deyil. Fasad örtüyünün aşağıda insanların və avtomobillərin olduğu əraziyə düşməsi daha ağır nəticələrə səbəb ola bilərdi.

İctimaiyyətin bilməli olduğu əsas məqamlar da bunlardır: fasadın hansı hissəsi qopub, hadisəyə texniki səbəb nə olub, konstruksiyanın külək yükünə davamlılığı yoxlanılıbmı və binanın digər fasad elementləri hazırda təhlükəsizdirmi?(Sfera.az)

 

Oxşarxəbərlər

21 Yaşlı Gənc Bıçaqlandı
Manşet

21 Yaşlı Gənc Bıçaqlandı

18/10/2026 21:06
959
Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”
Manşet

Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”

18/10/2026 21:01
967
Zelenski bunu “tarixi səhv” adlandırdı
Manşet

Zelenski bunu “tarixi səhv” adlandırdı

18/10/2026 20:10
968
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 
Manşet

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 

18/10/2026 20:03
964
Türkiyə təyyarələri Rusiyaya uça bilmədi – Səbəb 
Manşet

Türkiyə təyyarələri Rusiyaya uça bilmədi – Səbəb 

18/10/2026 17:33
970
Ərdoğan Azərbaycanı Təbrik Etdi
Manşet

Ərdoğan Azərbaycanı Təbrik Etdi

18/10/2026 15:50
968

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

21 Yaşlı Gənc Bıçaqlandı

21 Yaşlı Gənc Bıçaqlandı

18/10/2026 21:06
959
Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”

Trampdan Şok Çağırış: “Fransa Yanır, Sərhədləri Bağlayın!”

18/10/2026 21:01
967
Zelenski bunu “tarixi səhv” adlandırdı

Zelenski bunu “tarixi səhv” adlandırdı

18/10/2026 20:10
968
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 

Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət aldı 

18/10/2026 20:03
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.