Çərşənbə, Fevral 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sahil Babayev düyməyə basdı: tarix verildi – Böyük əməliyyat başlayır

25/02/2026 15:00
CƏMİYYƏT
40 0
Sahil Babayev düyməyə basdı: tarix verildi – Böyük əməliyyat başlayır
51
Baxış sayı

Xəbər verdiyimiz kimi, maliyyə naziri Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq. Belə ki, qurumun tabeliyində olan Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi bu ilin aprelindən etibarən dövlət şirkətləri ilə publik hüquqi şəxslərin büdcə layihələri, maliyyə hesabatları və icra göstəriciləri üzərində monitorinq və təhlillərə başlayacaq. Müvafiq qərara əsasən qurumlar təsdiqlənmiş formalar üzrə aylıq, rüblük və illik məlumatları təqdim etməli, nəticələr barədə isə rübdə bir dəfə dövlət başçısına hesabat veriləcək.

Bu, dövlət büdcəsinin səmərəli xərclənməsinə, yeyintilərin qarşısının alınmasına necə təsir göstərəcək?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu qərar büdcənin səmərəli xərclənməsi üçün vacib addımdır:

akiff

Akif Nəsirli

“Yoxlamalar vasitəsilə büdcə vəsaitlərinin düzgün istifadəsi izlənəcək, lazımsız xərclərin və yeyintilərin qarşısı alınacaq. Bu, həm dövlət maliyyə resurslarının daha məqsədyönlü istifadəsinə, həm də ictimai etimadın artmasına gətirib çıxara bilər. Eyni zamanda, qurumlarda şəffaflıq və məsuliyyətlilik artdıqca korrupsiya riski azalır. O cümlədən, vəsaitlər sosial və iqtisadi layihələrə daha effektiv yönəldilə bilər”.

İqtisadçı Elçin Rəşidov bildirib ki, Dövlət müəssisələrinin Monitorinq Agentliyinin Maliyyə Nazirliyi yanında deyil, müstəqil qurum kimi yaradılması daha məqsədəuyğun olardı:

“Çünki belə bir agentlik Maliyyə Nazirliyinin fəaliyyətinə də nəzarət etməlidir. Nazirlik isə dövlət müəssisələrini subsidiyalaşdıran və bu prosesin birbaşa iştirakçısı olan tərəfdir. Prosesdə iştirak edən qurumun eyni zamanda, həmin prosesə nəzarət etməsi maraqların konfliktinə səbəb olur və obyektivliyi şübhə altına alır. Bu baxımdan agentlik Maliyyə Nazirliyindən, eləcə də konkret icra vəzifəli şəxslərdən asılı olmamalıdır. Uzun illər bu funksiyanı Hesablama Palatası həyata keçirib. Bu qurum icra hakimiyyətinin tərkib hissəsi deyil və parlamentə hesabat verir. Bu isə onun daha müstəqil mövqeyini təmin edir. Həmçinin qurumun fəaliyyətində beynəlxalq audit və nəzarət standartlarına əsaslanması onun peşəkarlığını və neytrallığını gücləndirir.

Lakin problem ondadır ki, Hesablama Palatasının hesabatları çox vaxt nəticəsiz qalır. Dövlət müəssisələrinin maliyyə idarəetməsində ciddi nöqsanlar aşkarlansa da, aradan qaldırılmır və növbəti illərdə daha böyük miqyasda təkrar olunur. Belə şəraitdə eyni funksiyanın icra hakimiyyətinin bir hissəsi olan Maliyyə Nazirliyinin həyata keçirməsi effektiv nəticə vəd etmir. Əks halda, nəzarət mexanizmi selektiv xarakter ala və inzibati təsir vasitəsinə çevrilə bilər”.

elcin 1 1

Elçin Rəşidov

İqtisadçı qeyd edib ki, dövlət müəssisələrinin maliyyə fəaliyyəti yalnız subsidiyalarla məhdudlaşmır:

“Onlar müxtəlif mənbələrdən gəlir əldə edirlər. Monitorinq həm dövlət müəssisələrini, həm də publik hüquqi şəxsləri əhatə etməlidir. Maliyyə Nazirliyi hazırda bu sahədə səlahiyyətə malikdir, lakin nəzarət funksiyası icra funksiyasından institusional olaraq ayrılmalıdır. Nəzarət mexanizmini parlamentə hesabat verən və müstəqil statusa malik qurum həyata keçirməlidir. Zərurət yaranarsa, dövlət müəssisələri üzrə ayrıca struktur bölməsi də yaradıla bilər. Əsas şərt aşkarlanan nöqsanların aradan qaldırılması və hesabatların real nəticə doğurmasıdır”.

Ekspert əlavə edib ki, bu istiqamətdə problemlərdən biri də dövlət investisiyalarının qiymətləndirilməsi qaydalarının qəbul edilməməsidir:

“Bu məsələ xüsusilə İqtisadiyyat Nazirliyinin məsuliyyət dairəsinə aiddir. Qaydalar qəbul olunmadığı üçün səmərəsiz və iqtisadi baxımdan zərərli layihələr dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu isə həm Maliyyə, həm də İqtisadiyyat Nazirliyinin institusional məsuliyyətini gündəmə gətirir. Maliyyə Nazirliyi təşəbbüskar mövqe nümayiş etdirməli, dövlət investisiyalarının qiymətləndirilməsi qaydalarının qəbulunu tələb etməlidir. Şəffaflıq və hesabatlılıq icraedici qurumların özlərinə deyil, neytral nəzarət institutlarına həvalə olunmalıdır. Çünki icra edən qurumun eyni zamanda öz fəaliyyətinə nəzarət etməsi effektiv və obyektiv mexanizm hesab edilə bilməz. Nəticə etibarilə, problem şəxslərlə deyil, sistemlə bağlıdır. Nəzarət ilə icra funksiyaları ayrılmalı, əvvəlki audit hesabatlarında göstərilən nöqsanlar aradan qaldırılmalı və institusional islahatlar həyata keçirilməlidir. Yalnız bu halda dövlət qurumlarının fəaliyyətində şəffaflıq və səmərəlilik real şəkildə təmin oluna bilər”.

Oxşarxəbərlər

Sabah hava yağmursuz olacaq
CƏMİYYƏT

Sabah hava yağmursuz olacaq

25/02/2026 12:41
53
Azərbaycanda iş saatları AZALDILIR
CƏMİYYƏT

Azərbaycanda iş saatları AZALDILIR

24/02/2026 23:19
52
Sabah bəzi ərazilərə qar yağacaq
CƏMİYYƏT

Sabah bəzi ərazilərə qar yağacaq

24/02/2026 12:40
52
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
CƏMİYYƏT

Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?

24/02/2026 09:35
53
Bu gün Novruzun ilk çərşənbəsidir
CƏMİYYƏT

Bu gün Novruzun ilk çərşənbəsidir

24/02/2026 00:00
62
Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır
CƏMİYYƏT

Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

23/02/2026 20:52
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza…

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza…

25/02/2026 15:49
50
Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu

Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi qadağa qoyuldu

25/02/2026 15:32
50
Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı

Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı

25/02/2026 15:03
50
Sahil Babayev düyməyə basdı: tarix verildi – Böyük əməliyyat başlayır

Sahil Babayev düyməyə basdı: tarix verildi – Böyük əməliyyat başlayır

25/02/2026 15:00
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

Pekin ABŞ-a səsləndi – Moskva ilə sabitlik danışıqları yenidən başlasın

24/02/2026 16:16
55

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

Moskva sərt danışdı – Nüvə silahı halında Avropaya zərbə iddiası

24/02/2026 15:59
53

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

Qəzzada yeni mərhələ – beynəlxalq qüvvələrin yerləşdirilməsi planlaşdırılır

24/02/2026 15:58
52

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

Şərqi Asiyada gərginlik artır – Yaponiya Tayvan yaxınlığında mövqelənir

24/02/2026 15:45
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.