MHP lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında açıqlamalar verir.
Gündəm24.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, Devlet Bahçeli partiyasının qrup toplantısında çıxış edərək həm 23 aprel tarixi, həm də son dövrdə baş verən hadisələrlə bağlı geniş açıqlamalar verib.
O bildirib ki, 23 apreli yalnız bayram kimi qeyd etmək onun tarixi mahiyyətini daraldır. Bahçeli bu tarixi “böhran qarşısında dağılmadan düşünmək iradəsi” və “ictimai çətinlikləri siyasi rasionallığa çevirmək bacarığı” kimi dəyərləndirib. Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin açılışı milli mübarizənin dönüş nöqtəsidir və xalqın öz taleyinə sahib çıxmasının simvoludur.
Çıxışının məktəb hadisələri ilə bağlı hissəsində isə Bahçeli Şanlıurfa və Kahramanmaraşda baş verən faciəvi hadisələrin səthi qiymətləndirilə bilməyəcəyini deyib. O, bu cür hadisələrin çoxşaxəli şəkildə araşdırılmasının vacibliyini vurğulayıb və rəqəmsal mühit, sosial media və nəzarətsiz texnoloji təsirin uşaqların psixologiyasına ciddi zərər verdiyini bildirib.
Bundan başqa, o qeyd edib ki, belə həssas hadisələrdə dövlət orqanları sakit və məsuliyyətli şəkildə fəaliyyət göstərməli, proses tam aydınlaşmadan siyasi şərhlərdən qaçılmalıdır. Bahçeli heç kimin bu cür faciələri siyasi məqsədlər üçün istifadə etməməli olduğunu da vurğulayıb.
Sədaqət Həsənova













