Təbrizdə (Qərbi Azərbaycan əyaləti) Qara-Ağac–Mofattex rayonuna endirilən güclü gecə hava zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) binası darmadağın edilib. İran mənbələrinin verdiyi məlumata görə, hədəf alınan həmin binada külli miqdarda silah-sursat saxlanılırdı.
KONKRET.az xəbər verir ki, hücum nəticəsində həlak olanlar arasında SEPAH-ın Aerokosmik Qüvvələrinin 19-cu “Zülfüqar” raket bölməsinin komandiri Hüseyn Bahari də var.
Məlumata görə, endirilən zərbələr nəticəsində hərbi obyektdə ciddi dağıntılar baş verib və bölmənin rəhbər heyəti sıradan çıxarılıb. Bu hadisə bölgədəki hərbi gərginliyin daha da artmasına səbəb olub.














