İran ordusunda xidmət edən azərbaycanlı zabitlər kütləvi şəkildə ordu sıralarını tərk etməyə başlayıblar.
Gündəm24.az xəbər verir ki, bu barədə Güney Azərbaycan “Telegram” kanalları məlumat yayıblar.
Məlumatda bildirilib ki, bu qərar Tehran rejiminin Türkiyə və Azərbaycana qarşı təcavüzkar və təhdidamiz bəyanatları və təxribatçı əməllərinə cavab olaraq verilib.
Bildirilib ki, 11-ci Marağa Artilleriya Qrupunda xidmət edən hərbçilərin əhəmiyətli hissəsi xidmət yerlərini tərk ediblər. /Demokrat.az /














