Türkiyədə məşhurların adının hallandığı narkotik əməliyyatı ilə bağlı istintaq genişlənir. Əməliyyat çərçivəsində “Yeşilçam”ın əfsanəvi siması Türkan Şorayın qızı, aktrisa Yağmur Ünal, məşhur aşpaz Eren Kesimer və aktrisa Semiha Bezek də daxil olmaqla daha üç nəfər saxlanılıb.
Gündəm24.az xəbər verir ki, hadisə ilə bağlı məlumat Türkiyə mediasında yayılıb.
Bildirilir ki, Bakırköy Respublika Baş Prokurorluğunun koordinasiyası ilə narkotik və psixotrop maddələrin istifadəsi ilə bağlı aparılan araşdırmalar davam etdirilir.
İstintaq çərçivəsində keçirilən son əməliyyat zamanı bir neçə tanınmış simanın adı dosyedə yer alıb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin ifadələrinin alındığı və araşdırmanın daha da genişləndiriləcəyi qeyd olunur.















