Şənbə, İyul 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sosial müavinət alanlar pensiyaya keçə bilər?

04/07/2026 09:09
CƏMİYYƏT
48 0
Sosial müavinət alanlar pensiyaya keçə bilər?
61
Baxış sayı

Azərbaycanda minlərlə vətəndaş pensiya yaşına çatmasına baxmayaraq, az sığorta stajı səbəbindən yaşa görə əmək pensiyası deyil, sosial müavinət alır. Bəzi hallarda vətəndaşların 25 illik sığorta stajının tamamlanmasına cəmi bir neçə ay qalır.

Pensiya yaşına çatdıqdan sonra sosial müavinət alan şəxs sonradan işləyərək tələb olunan 25 illik stajı tamamlayarsa, ona yaşa görə əmək pensiyası təyin edilə bilərmi? Bu proses necə tənzimlənir?

 

Gündəm24.az  bildirir ki, globalinfo.az-a danışan iqtisadçı, deputat Vüqar Bayramov vətəndaşın hansı halda əmək pensiyası ala biləcəyini açıqlayıb:

 

“Mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün vətəndaşın ya azı 25 il sığorta stajına, ya da qanunvericiliklə müəyyən edilmiş minimum pensiya kapitalına malik olması tələb olunur. Minimum pensiya kapitalı minimum aylıq əmək pensiyasının məbləğinin 144-ə vurulması ilə hesablanır.

 

Bu göstərici pensiya təyin edilərkən tətbiq olunan qanunvericilik normalarına əsaslanır. Beləliklə, vətəndaşın 25 il sığorta stajı və ya tələb olunan minimum pensiya kapitalı olduqda, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır”.

 

V.Bayramovun sözlərinə görə, praktikada elə hallar olur ki, vətəndaşın əmək pensiyası almaq üçün tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmır:

 

“Bu səbəbdən o, yaşa görə əmək pensiyası hüququndan məhrum olur və yalnız digər sosial təminat mexanizmlərindən yararlana bilir. Bu isə bir çox hallarda vətəndaşların sosial müdafiəsi baxımından arzuolunan nəticə vermir. Bu baxımdan təklifimiz ondan ibarətdir ki, belə hallar qanunvericilikdə xüsusi istisna kimi nəzərə alınsın. Tələb olunan minimum staja çox az müddəti çatmayan vətəndaşlar üçün pensiyanın hesablanması və təyin olunması üzrə ayrıca mexanizm müəyyən edilsin. Bu yanaşma həmin şəxslərin yaşa görə məhz əmək pensiyası almaq hüququ əldə etməsinə imkan yaradar”.

 

Vüqar Bayramov hesab edir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi və təkliflərin qiymətləndirilməsi məqsədəuyğun olardı:

 

“Belə bir yanaşma, xüsusilə də minimum tələb olunan sığorta stajına çox yaxın müddətdə stajı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və sosial ədalətin daha dolğun təmin edilməsinə xidmət edər”.

Oxşarxəbərlər

Sumqayıtda həşəratlara qarşı mübarizə davam edir
CƏMİYYƏT

Sumqayıtda həşəratlara qarşı mübarizə davam edir

04/07/2026 12:33
50
Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş – Fotolar
CƏMİYYƏT

Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş – Fotolar

04/07/2026 12:27
50
Deputatdan pensiyalarla bağı mühüm izah
CƏMİYYƏT

Deputatdan pensiyalarla bağı mühüm izah

04/07/2026 12:11
50
Vilayət Eyvazovdan yeni QƏRAR
CƏMİYYƏT

Vilayət Eyvazovdan yeni QƏRAR

04/07/2026 11:26
50
Bu ərazinin sakinlərinin nəzərinə QAZ OLMAYACAQ!
CƏMİYYƏT

Bu ərazinin sakinlərinin nəzərinə QAZ OLMAYACAQ!

04/07/2026 11:17
57
Bakı metrosu ilə bağlı YENİ PROQNOZ
CƏMİYYƏT

Bakı metrosu ilə bağlı YENİ PROQNOZ

04/07/2026 11:06
59

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda həşəratlara qarşı mübarizə davam edir

Sumqayıtda həşəratlara qarşı mübarizə davam edir

04/07/2026 12:33
50
Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş – Fotolar

Qəzada ölən Amal 4 il əvvəl narkotikə görə tutulubmuş – Fotolar

04/07/2026 12:27
50
Deputatdan pensiyalarla bağı mühüm izah

Deputatdan pensiyalarla bağı mühüm izah

04/07/2026 12:11
50
Bakıda partlayışda ölən və yaralananlar bir ailənin üzvləridir

Bakıda partlayışda ölən və yaralananlar bir ailənin üzvləridir

04/07/2026 11:35
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
63

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
72

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
60

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
105

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.