Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov milli mətbuatın yaranmasının 151-ci ildönümü münasibətilə bir qrup media nümayəndəsini və teatrların mətbuat katiblərini mükafatlandırıb.
Sumqayit24.az-ın məlumatına görə, təltifetmə mərasimində media sahəsində səmərəli fəaliyyət göstərən şəxslərə “İttifaqın dostu” diplomu və Fəxri fərman təqdim edilib.
Mükafatlandırılanlar arasında Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi Turan Etibaroğlu da yer alıb. O, “İttifaqın dostu” diplomu ilə təltif olunub.














