Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

23/09/2026 12:02
Hadisə
809 25
Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu
690
Paylaşım sayı
959
Baxış sayı

Abşeron rayonunun Fatmayı kəndində arvadını bıçaqlayan kişiyə hökm oxunub.

Məlumata görə, 1988-ci il təvəllüdlü Zamiq İsgəndərova (şərti ad) açılmış cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

38 yaşlı kişi Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinib.

Məlum olub ki, hadisə günü Z.İsgəndərov işlədiyi “Tos Oil” yanacaqdoldurma məntəqəsində gecə növbəsindən çıxaraq evə gəlib. O, evə daxil olduqda arvadının yataq otağında uzandığını və süfrə açmadığını görüb.

Z.İsgəndərov həyat yoldaşına niyə süfrə açmadığını dedikdə “get özün hazırla”, – cavabını alıb. Nəticədə qanlı cinayət  baş verib.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs ərini əsəbiləşdirdiyini etiraf edib və ona cəza təyin edilməməsini xahiş edib:

“Zamiqlə 2014-cü ildə ailə qurmuşuq, 2 övladımız var. 2 ildir Fatmayı kəndində ev alıb orada yaşayırıq. Hadisə günü əhvalım yaxşı olmadığı üçün evdə yataq otağında istirahət edirdim. Zamiq gecə növbəsindən səhər saat 09:30 radələrində evə gəlib. Uşaqlar həyətdə oynayırdı. Zamiq nə üçün səhər yeməyi hazırlamadığını soruşduqda əhvalımın yaxşı olmadığını dedim. Aramızda sözlü mübahisə yarandı və Zamiq məndən atam evinə, Gədəbəyə getməyimi istədi.

Əvvəllər də aramızda belə hallar olurdu. Atama zəng edərək “Gəlin qızınızı aparın”, – dedi. Atam da onunla telefonda razılaşdı. Daha sonra övladım Fatmayı kəndində məktəbə getdiyinə görə atamgilə getməkdən imtina etdi. Sonra Zamiq mətbəxə keçib yemək yeməyə başladı. Uşaqlara bildirdim ki, ataları ilə bir süfrədə əyləşməsinlər. Çünki ona acıqlı idim. Uşaqlara bu sözü dedikdə, Zamiq əsəbiləşdi və Mehdiabada paltar almağa getməyimə icazə vermədi və “heç yana getməyəcəksən. Paltarı sabah gedib Gədəbəydə alarsan” dedi. Mən isə höcətləşib gedəcəyimi bildirdim. Zamiq “getmə, getsən səni vuracam”, – deyə bildirdi.

Ona dedim ki, “Qeyrətin çatırsa, vur, mən heç kimdən zərrə qədər də qorxmuram”. Bu zaman Zamiq uşaqları həyətə göndərdi. Dediklərimi təkrar etdirdi, mətbəx mebelinin üzərində olan bıçağı götürüb qarın nahiyəmdən bir neçə dəfə vurdu. Zərbələrdən yerə yıxıldım .Zamiq bıçağı gizlətdi ki, uşaqlar birdən evə gələrlər və soyuq silahı görərlər.

O, məni xəstəxanaya aparmaq üçün küçəyə çıxdı ki, maşın tapsın. Xəsarət alsam da, huşum yerində idi, yavaş-yavaş evin dəhlizinə çıxdım. 2-3 dəqiqəyə Zamiq evə gəldi və məni qucağında evdən çıxarıb avtomobilə mindirdi. Bu zaman uşaqlar bizi gördülər və onlar da maşına əyləşdilər. Zamiq, uşaqlar və tanımadığım taksi sürücüsü ilə bir yerdə xəstəxanaya çatmaq üçün yola çıxdıq. Yolda, Mehdiabadda polislə rastlaşdıq. Həmin polisin köməyi ilə tıxaca düşmədən tez bir zamanda Sabunçu xəstəxanasına çatdıq”.

Bildirilib ki, hadisədən sonra Zamiq İsgəndərov həbs edilib.

Məhkəmə tərəflərin barışdığını, övladlarını və digər halları nəzərə alaraq, Zamiq İsgəndərova şərti cəza verib. Bir neçə aydır həbsdə olan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Mənbə:Qafqazinfo.az

Oxşarxəbərlər

Domino oynayan şəxslər 3 min manat cərimləndilər
Hadisə

Domino oynayan şəxslər 3 min manat cərimləndilər

23/09/2026 14:49
955
Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc
Hadisə

Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc

23/09/2026 14:45
954
Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti
Hadisə

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

23/09/2026 14:30
952
TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ – VİDEO
Dünya

TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ – VİDEO

23/09/2026 14:28
952
Əməliyyatdan sonra üzünün iflic olduğunu iddia edir: “Gözlərim yumulmur”
Hadisə

Əməliyyatdan sonra üzünün iflic olduğunu iddia edir: “Gözlərim yumulmur”

23/09/2026 12:45
966
Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO
Hadisə

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO

23/09/2026 12:01
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

23/09/2026 15:25
959
Domino oynayan şəxslər 3 min manat cərimləndilər

Domino oynayan şəxslər 3 min manat cərimləndilər

23/09/2026 14:49
955
SON DƏQİQƏ! Mansur Yavaş CHP-dən GETDİ

SON DƏQİQƏ! Mansur Yavaş CHP-dən GETDİ

23/09/2026 14:47
955
Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc

Bakıda “Burger King”də böyük QALMAQAL: 50-yə yaxın işçinin maaşı batıb – Yüzminlərlə manatlıq borc

23/09/2026 14:45
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In