Sumqayıtda prospektlərin birində zibil qutularının olmaması sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, Heydər Əliyev prospektində, 2-ci və 3-cü mikrorayonlar arasında yerləşən xiyabanda məişət tullantıları üçün nəzərdə tutulmuş zibil qutuları yoxdur.
Vətəndaşlardan birinin çəkdiyi videoda xiyaban boyunca əlində zibil ilə gəzdiyi, lakin tullantını atmaq üçün zibil qutusu tapa bilmədiyi görünür.
Şikayətçilər aidiyyəti qurumlardan məsələyə diqqət yetirilməsini və xiyabanda zibil qutularının yerləşdirilməsini xahiş edirlər.














