Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində uzun müddətdir həllini tapmayan problemlər sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, 9 nömrəli tam orta məktəbin qarşısında məişət tullantıları yığılıb qalır. Ərazidə zibil vaxtında daşınmadığı üçün ətrafda antisanitar vəziyyət yaranıb.
Bundan başqa, məktəbin qarşısında kanalizasiya xəttinin yenilənməsi ilə əlaqədar təxminən bir il əvvəl qazılan yol hələ də bərpa olunmayıb. Kanalizasiya xəttindən yayılan kəskin qoxu ətrafda yaşayanları ciddi şəkildə narahat edir. Eyni zamanda, yağışlı havalarda vəziyyət daha da mürəkkəbləşir, palçıq və su yığılması səbəbindən hərəkət etmək çətinləşir.
Ərazi sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildirsələr də, problemin həlli istiqamətində konkret nəticənin olmadığını deyirlər.
Vətəndaşlar müvafiq qurumlardan mövcud problemlərin həllini tələb edirlər.














