Müğənni Şəbnəm Tovuzlu idman zalından paylaşdığı görüntülərlə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.
Gündəm24.az xəbər verir ki, sənətçi formada qalmaq və sağlam həyat tərzini qorumaq məqsədilə idmana başladığını nümayiş etdirib. Məşq zamanı lentə alınan görüntülər qısa zamanda internetdə yayılaraq izləyicilərin marağına səbəb olub.
Paylaşılan kadrlarda Tovuzlunun idman hərəkətləri etdiyi əks olunub. Onun idmana üstünlük verməsi sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.














