Şəmkirdə iki ayrı yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Gündəm24.az “Unikal”a istinadən xəbər verir ki, ilk qəza Şəmkir–Gədəbəy yolunun rayonun Qasımalıllar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Digər hadisə isə rayonun Yeni Həyat kəndində baş verib. Hərəkətdə olan “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində daha 2 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hər iki hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktlarla bağlı araşdırma aparılır.














